Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Böhranın sonu üçün: Krım Türkiyəyə qaytarıla bilər? - HƏQİQƏTƏN DƏ...

22-09-2021, 19:01

Böhranın sonu üçün: Krım Türkiyəyə qaytarıla bilər? - HƏQİQƏTƏN DƏ...

DogruXeber.az : - Krıma görə Türkiyə və Rusiya bir daha qarşı-qarşıya gəldi.

Türkiyə Xarici İşlər Nazirliyi Rusiya Dövlət Dumasının Krımda keçirdiyi seçkiləri tanımadığını açıqladı.

Türkiyə tərəfi Krımın Ukrayna ərazisi olduğunu bəyan edərək, rusların bu addımının qanunsuz olduğunu vurğuladı. Rusiya Xarici İşlər Nazirliyi isə buna cavab olaraq Krımın Rusiyanın suveren ərazi olduğunu və Türkiyənin bu bəyanatının diqqətdən kənarda qoymayacaqlarını bildirdi.

Uzun illər Osmanlı dövlətinə məxsus olmuş Krım ərazisi, Rusiyanın Osmanlını məğlub etməsi nəticəsində rusların nəzarətinə keçdi. SSRİ dövründə isə Krım Ukraynaya verildi. Nəticə etibarilə Ukrayna müstəqilliyini elan edərkən də, Krım onların ərazisinin tərkib hissəsi olaraq dünya dövlətləri tərəfindən tanındı.

Lakin Rusiya öz ərazisi olduğunu iddia edərək 2014-cü ildə Krımı yenidən işğal etdi. Beləliklə, mövcud vəziyyətdə 3 ölkənin Krım uğrunda mübarizə apardığını görürük. İllərdir paylaşıla bilməyən Krım ərazisinin hansı ölkənin sahib olacağı isə müzakirə mövzusuna çevrilib.

Ümumiyyətlə, mübahisəli Krım ərazisi əslində hansı ölkənin olmalıdır? Türkiyə Rusiya və Ukrayna arasında yaranmış böhrandan istifadə edərək Krımın geri qaytarılmasına nail ola bilərmi?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Krıma görə Türkiyə və Rusiya arasında uzun müddətdir gərginlik davam edir:

“Türkiyənin əsas mövqeyi Krım tatarlarının hüquqlarının qorunması və onlar üçün münasib şərtlər formalaşdırmaqdan ibarətdir. Türkiyə Ukraynanın ərazi bütövlüyü və milli maraqları çərçivəsində bu məsələlərə yanaşır. Hətta Türkiyənin bu mövzuda Ukraynaya hər cür dəstək verdiyinin də şahidi oluruq. Buna görə də Ukrayna Türkiyənin dəstəyinə arxalanaraq, Krımı geri almağa və öz ərazi bütövlüyünü bərpa eməyə çalışır.Rusiya isə bəyan edir ki, Krım artıq referendum keçirərək öz seçimini edib. Lakin istənilən halda Türkiyə Ukraynanın ərazi bütövlüyü və milli maraqları çərçivəsində bu məsələlərə yanaşır. Hətta Ukrayna və Rusiya arasında gərginlik fonunda BMT çərçivəsində kritik Ərdoğan-Zelenski görüşü keçirildi və burada önəmli məsələlər müzakirə olundu.

Türkiyə və Rusiya arasında son zamanlarda bir çox sahələrdə yaxınlaşma olsa da, məhz Krıma görə tərəflər müxtəlif cəbhələrə bölündü. Görünən odur ki, hər iki tərəf də öz mövqeyində israrlıdır. Çünki bu mövzu hər iki tərəf üçün həyati əhəmiyyət kəsb edir. Həmçinin, Ukrayna-Türkiyə yaxınlaşmasından Rusiya narahatdır. Rusiya Krımın gələcək inkişafını hazırki vəziyyətdə görür və mövcud vəziyyətin dəyişilməməsinə çalışır. Türkiyə isə Ukraynanın ərazi bütövlüyünə hörmət edir və onun yanında yer alır. Danılmaz fakt odur ki, SSRİ mövcud olduğu dönəmdə sərhədlər inzibati xarakter daşıyırdı və dövlətlərarası əhəmiyəti yox idi.

Hazırda bu məsələnin kökləri çox dərinlərə gedib çıxır. Mövcud vəziyyətdə isə beynəlxalq münasibətlər sistemində tarixi faktorlardan daha çox hazırkı siyasi, iqtisadi və hərbi faktorlar önəmli xarakter daşıyır. Müasir dövrdəki beynəlxalq səviyyədə tanınmış yanaşmalara görə Krım Ukraynanın tərkib hissəsidir. Həmçinin, Ukrayna BMT-nin tərkibinə daxil olarkən də Krım onun tərkibində idi. Hesab edirəm ki, Ukrayna ərazi bütövlüyünü bərpa etmək üçün öz milli mübarizəsinə davam edəcək və qələbə qazanmağa çalışacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram