Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

ABŞ ermənilərdən istifadə etməklə Qafqazda məqsədinə çatmaq istəyir - GƏLİŞMƏ

23-09-2021, 09:55

ABŞ ermənilərdən istifadə etməklə Qafqazda məqsədinə çatmaq istəyir - GƏLİŞMƏ

DogeuXeber.az : - “ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin hər gün mətbuata çıxaraq Qarabağdan danışması, statusla bağlı əsassız fikirlər işlətməsi, paralel olaraq bəzi senator və konqresmenlərin ermənipərəst çıxışları təsadüfi deyil. Görünən budur ki, ABŞ 44 günlük müharibədən sonra ermənilərdən istifadə etməklə regionda fəallaşmaq və bərkimək niyyətinə düşüb. Fikrimcə, ABŞ-ın Qafqazda öz maraqları var və ermənilərdən istifadə etməklə bu regionda məqsədinə çatmaq istəyir”.

Bunu Reyting.az-a sabiq təhsil naziri Firudin Cəlilov deyib.

Professor Cəlilov xatıradıb ki, ABŞ-ın əsas marağı bir zamanlar Cənubi və Şimali Azərbaycanda yaşayan türklərlə Anadolu türkləri arasında sədd çəkmək, əlaqəni kəsmək olub: “Əslində türk-erməni qarşıdurması buradan başlayıb. Saxta erməni soyqrımı bu məqsədlə ortaya atılıb, özləri də əllərində “balta” durmaqla yeri gəldi-gəlmədi bəyanatlar verərək hayları müdafiə ediblər. Fikrimcə, indi də həmin siyasət davam edir. Düşünürəm ki, onlar bu siyasətini Qarabağa keçirməyə çalışırlar. Ona görə də Qarabağla bağlı vaxtaşırı bəyanatlar verilir, nələrisə səsləndirirlər”.

Sabiq nazirin fikrincə, Qarabağ məsələsi ortaya çıxdığı son 30 ildə Amerika nə tərəfsiz olub, nə də ədaləti müdafiə edib: “Onlar nəinki bitərəf mövqedə durublar, hətta hər il Xankəndi şəhərindəki separatçılara milyonlarla dollar yardım ediblər. Eyni zamanda humanitar yardımları da olub. Hətta separatçıların “prezidentləri” Amerikaya gedərək ianələr toplayıblar. ABŞ bu cinayətkarlarla bağlı sadəcə susub, deməyib ki, siz başqa bir dövlətin ərazisini işğal etmisiniz. Əksinə, onlar son 30 ildə Ermənistanın yanında olublar. Sadəcə, istəklərini qabarıq göstərməyiblər, əlaltdan iş görüblər”.

F. Cəlilov əlavə edib ki, indi ABŞ-da səsləndirilən belə ikiüzlü bəyanatlara və aparılan kampaniyalara ciddi diqqət etməyə dəyməz: “Belə ikiüzlülük vaxtaşırı olacaq. Bizim üçün əsas odur ki, artıq müharibə bitib, torpaqlarınmızın böyük hissəsi işğaldan azad edilib, bir qismi də azad ediləcək. Amerika qəbul etməlidir ki, Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə bəyanat imzalaması və kapitulyasiya aktını qəbul etməsi ilə başa çatıb. Azərbaycan Qələbə qazanıb və bu gün “Dağlıq Qarabağ” adlanan ərazi subyekti, münaqişə və digər bu kimi məsələlər gündəmdə deyil”.

Sabiq nazir diqqətə çatdırıb ki, indi gündəlikdə sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitini formalaşdırmaqla onun inkişafına təkan vermək məsələləri durur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram