Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Qarabağın statusu” çəkişməsi: - “Azərbaycan heç vaxt razı olmayacaq”

23-09-2021, 20:43

“Qarabağın statusu” çəkişməsi: - “Azərbaycan heç vaxt razı olmayacaq”

DogruXeber.az : - “Bu ilin avqust ayında Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupu vasitəsi ilə Azərbaycanla qarşılıqlı əlaqəni davam etdirməyə hazır olduğunu bildirsə də, ən azından informasiya sahəsində heç bir irəliləyiş görünmür.

Təmaslar Rusiya Federasiyasının həmsədrlərinin Minsk qrupunda baş tuta bilər və bu format Rusiya üçün aktuallığını qoruyub saxlayır”.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “TASS” agentliyinə müsahibəsində belə deyib.

ATƏT-in Minsk qrupunun boş dayanmadığını deyən Rudenkonun sözlərinə görə, bu, “Qarabağ münaqişəsi” tərəfləri ilə təmasların mövcud olduğunu göstərir.

“ATƏT-in Minsk qrupunun boş dayandığınl deməzdim. Əlaqələr davam edir, bəlkə də bu, o qədər də açıq deyil. Buna baxmayaraq, Minsk qrupundakı həmsədrimiz Bakı və İrəvanda olub, ən yüksək səviyyədə bir sıra görüşlər keçirib”, - deyə Rudenko bəyan edib.

Andrey Rudenko qeyd edib ki, üç həmsədr hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırır. Onun sözlərinə görə, həmsədrlərin həm bir-biri ilə, həm də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşləri planlaşdırılır.
“Bu baş verərsə, iki ölkə arasında normallaşma prosesinin praktiki forma alması yaxşı əlamət olardı. Minsk qrupunu sülh prosesinin inkişafı üçün mühüm vasitə kimi görməyə davam edirik”, - deyə o qeyd edib.

Andrey Rudenkonun açıqlamasını Cebhe.info-ya şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Minsk qrupu həmsədrləri ilə görüşü sülh müzakirələrinə hesablana bilər:

“Bu isə status məsələsinin yenidən gündəmə gəlməsi deməkdir. Azərbaycan isə buna razı olmaz. Hesab edirəm ki, Rusiya da Qarabağ məsələsinə yanaşmada ABŞ-ın və Fransanın vasitəçilik təşəbbüsünü kənar tutmaqla, Azərbaycan və Ermənistan arasında sülh münasiobətlərinin formalaşmasına yardım göstərə bilər.Azərbaycan da bunun əleyhinə deyil. Amma Qarabağdakı ermənilərə statusun verilməsinə Azərbaycan heç vaxt razı olmayacaq. Bu, Azərbaycanın əleyhinə ola bilər. Minsk qrupunun vasitəçiliyi ABŞ-ın və Fransanın regionda fəallaşmasına hesablanıb. Lakin ABŞ və Fransa yenə də status məsləsini qabardarsa, danışıqlar fiaskoya uğrayacaq. Ona görə də Minsk qrupu çərçivəsində aparılan danışıqlar nəticə verməyəcək.Fikrimcə, Azərbaycan Ermənistanla birbaşa danışıqlara başlamalıdır. Yalnız danışıqlar bu şəkildə müsbət nəticə verəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram