Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İran nədən narahatdır? - Tehranda üçtərəfli görüşə hazırlaşırlar

23-09-2021, 20:45

İran nədən narahatdır? - Tehranda üçtərəfli görüşə hazırlaşırlar

DogruXeber.az : - Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu BMT sessiyası çərçivəsində Nyu-Yorkda İranın Xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb. Çavuşoğlu və Əmirabdullahian Tehranda Azərbaycan, Türkiyə və İranın Xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.

Reyting.az-ın məlumatına görə, nazirlərin gözlənilən görüşünə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, İran-Azərbaycan münasibətlərində gərginlik davam etsə də, Azərbaycan bunu istəmir: “Ancaq İran Ermənistan üzərindən qanunsuz olaraq Qarabağa yanacaq daşıyırsa, Ali dini liderin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amuli Azərbaycanı hədələyirsə, aydındır ki, bunlar cavabsız qalmayacaq. Üstəgəl Tehran Türkiyə-Azərbaycan hərbi ittifaqını yanlış olaraq özü üçün təhlükə sayaraq sərhəddə hərbi təlimlərə başlayıb. Əlbəttə, İranın harada təlim keçməsi daxili işidir. Ancaq bu halda haqlı sual yaranır: Azərbaycanın sərhəd bölgələri 27 il işğal altında olduğu halda Arazın o tayında hərbi təlimlər keçirilmədiyi halda, torpaqlar işğaldan azad olunduqdan sonra Tehran niyə həmin məntəqədə təlim keçmək qərarı verdi?”

Politoloq əlavə edib ki, mövcud durum Türkiyəni də narahat edir. Ona görə də üçtərəfli görüşə ehtiyac yaranıb.

E. Şahinoğlu əlavə edibki, Azərbaycan-Türkiyə-İran üçtərəfli formatı illərdir mövcuddur və bu format əsasında Xarici işlər nazirlərinin görüş təşəbbüsü Tehrandan gəlib:

“Görüş yeri kimi İranın paytaxtı seçilib. Bu görüşə qədər Tehran yanacaq dolu yüklərinin Qarabağa girişini qadağan etsə, indidən müsbət atmosfer yaratmış olar. Digər tərəfdən, Tehran nədənsə narahatdırsa, bunu Amulinin aşağılayıcı dili ilə deyil, diplomatların və rəsmilərin görüşündə səsləndirə bilər.

İran-Azərbaycan münasibətlərində suallar heç zaman azalmayacaq. Önəmli olanı görüşlər və müzakirələr vasitəsilə iki qonşu dövlət arasında gərginliyin süni surətdə artırılmasına yol verməməkdir. Misal üçün, İran səfirinə Bakıda verilən notadan sonra Qarabağa yenə yük daşımaq və ya Seyid Amulinin əlinə mətn verib Azərbaycanı hədələmək gərginliyin süni surətdə artırılmasıdır. Bu halda gərginliyə “yaşıl işıq” yandıranın zərəri daha çox olacaq. Tehranda anlamalıdırlar ki, Azərbaycanı hədələməyin, qorxutmağın İran üçün əks-effekti olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram