Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Təxribat ehtimalı var: - “Milyardlarla pul xərclənir”

23-09-2021, 21:05

Təxribat ehtimalı var: - “Milyardlarla pul xərclənir”

DogruXeber.az : - İkinci Qarabağ müharibəsinin ilk ildönümünə bir neçə gün qalıb. Müxtəlif analitiklərin fikrincə, sentyabın 27-dək ermənilərin təxribatı gözləniləndir. Son dövrlər xüsusilə İranın proseslərə müdaxiləsi fonunda baş verənlər belə bir ehtimalı istisna etmir. Amma İrəvan onu da başa düşməlidir ki, revanşist addım onun sonu ola bilər.

Ermənistanın potensial provokasiyasına dair “Sherg.az”a danışan hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, bu, tam mümkündür:

“Ötən otuz il daim erməni təxribatları olub. Bu, əlbəttə, xaricdən idarə olunur. Belə addımlar üçün milyardlarla pul xərclənir. Deyirlər ki, xarakter talehdir. Ermənilərin xarakteri dəyişməyəcək, daim belə davam edəcək. Qədim romalıların fikrincə, qullar “danışan alətdirlər”.

Ermənilər də başqalarının “danışan alətidir”. Ermənistan hazırda idarəolunmaz vəziyyətdədir. Ölkədə xaos hökm sürür. Və ən böyük təhlükəni xaos olan ölkələrdən gözləmək lazımdır.

İkinci bir tərəfdən, beynəlxalq terrorun ən aydın nümunələri məhz Ermənistana məxsusdur. Bu mənada təxribat ehtimalı var.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarının birində XXII əsrin də müharibəsinə hazır olmalı olduğumuzu söyləmişdi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram