Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Vətəndaşlara şərait yaradılmalıdır ki, xaricdəki pullarını ölkəyə gətirsinlər” - Deputatdan ÇAĞIRIŞ

24-09-2021, 15:35

“Vətəndaşlara şərait yaradılmalıdır ki, xaricdəki pullarını ölkəyə gətirsinlər” - Deputatdan ÇAĞIRIŞ

DogruXeber.az: - Ukrayna parlamenti “Oliqarxların təsiri ilə əlaqədar milli təhlükəsizliyə təhdidlərin qarşısının alınması” haqqında prezident qanun layihəsini qəbul etdi. Cümə axşamı günü 279 millət vəkili bu sənədə lehinə səs verib.
Qanun layihəsi ictimai həyatda əhəmiyyətli iqtisadi və ya siyasi çəkisi olan şəxslərin (oliqarxların) reyestrinin yaradılmasını, şəxslərin reyestrə daxil edilmə qaydasının və bu daxil edilmənin nəticələrinin müəyyən edilməsini, dövlət məmurları ilə əlaqə bəyannaməsinin təqdim edilməsini təklif edir.

Qanun layihəsinə görə, ölkənin iqtisadi və siyasi həyatında əhəmiyyətli təsirə malik olan, həmçinin media məkanının əsas seqmentlərinə nəzarət edən insanların siyahısı müəyən olunacaq və onların siyasi partiyalara dəstək verməsi və böyük özəlləşdirmə prosesində alıcı olmaq qadağan olunacaq.

Sənəd, eyni zamanda, səlahiyyətli şəxslərin nümayəndələri ilə əhəmiyyətli aktivlərə sahib olan şəxslər arasındakı görüşlərin və digər əlaqələrin qaydasını tənzimləyir və reyestrə daxil olan şəxslər üçün belə əlaqələr haqqında bəyannamənin təqdim edilməsini nəzərdə tutur. Sənədin etibarlılıq müddəti on ildir. Daha əvvəl Ukrayna prezident aparatında bildirildiyi kimi, Ukraynada oliqarxik sistemin aradan qaldırılması yolunda ilk addım olması nəzərdə tutulur. Bunun əsasında antiinhisar qanunları, lobbiçilik haqqında qanun və ölkədə iqtisadi və sosial münasibətləri yenidən formalaşdıracaq digər normativ hüquqi aktlar hazırlamağı planlaşdırırlar.

Sənəd altı aydan sonra qüvvəyə minəcək və on il ərzində qüvvədə olacaq. Belə bir qanun layihəsinin hazırlanması Azərbaycan üçün də faydalı ola bilərmi?

Bizimyol.info saytının bu sualına cavab verən Milli Məclisin deputatı, iqtisadçı-alim Vahid Əhmədov bildirib ki, ölkəmizdə bazar iqtisadiyyatının tam formalaşması və inkişafı üçün bəzi mühüm məqamlara diqqət yetirmək lazımdır:

“Azərbaycanda hazırda inhisarçılığın aradan qaldırılması, sağlam rəqabət və əlverişli biznes mühitinin yaradılması çox vacibdir. Hazırda “Rəqabət məcəlləsi” gündəmdədir. Bu qanun layihəsi üzrə işlər gedir. Əgər belə bir sənəd qəbul olunsa, azad rəqabətin inkişafı üçün qanunvericilik baxımından çox lazımlı şərtlər yaranacaq”, - deyə deputat qeyd edib. Onun sözlərinə görə, həmçinin, maliyyə amnistiyası barədə də işlər görülməlidir.

“Mən dəfələrlə demişəm ki, “Maliyyə amnistiyası” barədə qanun qəbul edilməlidir. Xaricdə vəsaitləri olan vətəndaşlarımıza bu pulları ölkəyə gətirmək üçün münbit şərait yaratmaq lazımdır. Biz ilk öncə ölkəmizə maliyyə axışını təmin etməliyik”, - deyə deputat vurğulayıb.

V.Əhmədov əlavə edib ki, gəlir bəyannaməsi ilə də bağlı müvafiq qanunun qəbul edilməsinə ehtiyac var: “Gəlir bəyannaməsi ilə bağlı məqamlar qanunvericiliklə dəqiqləşməlidir, bu da cəmiyyətdə şəffaflığı təmin edəcək. Düşünürəm ki, sadaladığım bu üç sənədin qəbulu Azərbaycanda azad rəqabət və biznes mühitinin formalaşmasına təkan verəcək”.//Bizimyol.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram