Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Teatrların açılmasının əleyhinə olan Afaq Bəşirıqızından ilginc açıqlama: - “Hər şeyə Operativ Qərargah cavabdehdir”

25-09-2021, 13:54

Teatrların açılmasının əleyhinə olan Afaq Bəşirıqızından ilginc açıqlama: - “Hər şeyə Operativ Qərargah cavabdehdir”

DogruXeber.az: - Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyətinə icazə verilir.

Qeyd edək ki, 2020-ci ilin mart ayından etibarən ölkədə teatrlar bağlıdır. Ötən gün teatrların açılacağı ilə bağlı xəbər aktyor və aktrisaların sevincinə səbəb olub. Məsələ ilə bağlı Moderator.az bir müddət bundan əvvəl teatrların açılması ilə bağlı fikirlərə qarşı olan Xalq artisti Afaq Bəşirqızının mövqeyini öyrənməyə çalışıb. Xalq artisti Operativ Qərargahın qərarına bu cür münasibət bildirib:

“Bu elə bir qlobal məsələdir ki, onu bir neçə nəfərin fikri ilə həll etmək olmaz. Belə məsələlərə Operativ Qərargah cavabdehdir, onlar müəyyən nəticələrdən qərar çıxarır.

Teatrların fəaliyyətə başlaması çox yaxşı oldu. Hər halda bununla bağlı qərarı verənlər hər cür təhlükəni nəzərə alıb, müəyyən ediblər ki, teatrlarda heç bir infeksiya yoluxmaz. Mən də bir incəsənət xadimi kimi bu qərara çox sevinirəm. Bilirəm ki, aktyorlar səhnə üçün darıxıb. Elə mən özüm də işim üçün çox darıxmışam.

Pandemiyanın məğlubiyyətinə sevinirəm. Bütün incəsənət xadimlərinə yeni treatr mövsümündə müvəffəqiyyətlər arzu edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram