Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ermənilər Ağdərə ətrafında partlayış səsləri eşidilməsini belə izah etdi... - Həmin ərazidəki erməni postları öz yerindədir?..

27-09-2021, 15:53

Ermənilər Ağdərə ətrafında partlayış səsləri eşidilməsini belə izah etdi... - Həmin ərazidəki erməni postları öz yerindədir?..

DogruXeber.az : - Xəbər verdiyimiz kimi, son günlər bəzi yerli və xarici mənbələrdə, o cümlədən sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, Azərbaycan Respublikası Tərtər rayonunun Ağdərə şəhəri ətrafındakı erməni postları boşaldılır. Həmin postların hətta Rusiya sülhməramlıları tərəfindən partladıldığı da bildirilir. Və həmin partlayışların səsi Tərtər və Ağdam rayonlarında da eşdilib. Bəhs edilən postların yeri Azərbaycan tərəfindən buldozerlərlə doldurulur. Ancaq bu haqda istər Azərbaycan, istər Rusiya, istərsə də Ermənistan müdafiə nazirlikləri tərəfindən rəsmi məlumat verilməyib.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı-terrorçu rejim tör-töküntülərinin qanunsuz "fövqəladə hallar xidməti”nin nümayəndəsi Unan Tadevosyan həmin məlumatların doğru olmadığını bildirib.

U. Tadevosyan deyib ki, erməni postları öz yerindədir. Separatçı məmurun sözlərinə görə, guya bölgədə partlamamış silah-sursatların partladılması və minalardan təmizlənmənin işləri aparılır və partlayış səsləri də bununla bağlıdır. Planlaşdırılmış partlayışlarla əlaqədar ərazidə sülənən ermənilər əvvəlcədən xəbərdar edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram