Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Abşeronda 27 sentyabr - Anım Günü qeyd edilib

27-09-2021, 15:56

Abşeronda 27 sentyabr - Anım Günü qeyd edilib

"DogruXeber.az" xəbər verir ki, Abşeron rayonunda 27 sentyabr - Anım Günü qeyd edilib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. İştirakçəılar əvvəlcə rayon ərazisində geniş ağacəkmə aksiyası keçiriblər. 520 ədəd şam və zeytun ağacları əkilib. Bundan sonra iştirakçılar Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin əziz xatirəsi anılıb, məzarları üzərinə tər çiçəklər düzülüb.

Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin adına ucaldılmış “Şəhidlərin xatirəsinə” Memorial Kompleks ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub, gül dəstələri düzülüb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Abşeron rayon Mədəniyyət Mərkəzinin hazırladığı bəii hissə ilə davam etdirilib. İncəsənət nümayəndələrinin hazırladığı müxtəlif nömrələr, vətənpərvərlik şeirləri və mahnıları oxunub.

Bildirilib ki, 44 gün çəkən II Qarabağ müharibəsi zamanı şəhidlərimizin qisası tam şəkildə alınıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, dəmir iradəsi, şəhidlərimiz, qazilərimiz və igid oğullarımızın sayəsində 30 illik vətən həsrətinə son qoyulub və torpaqlarımız işğaldan azad olunub.

Sonda İ.Gülməmmədova şəhid ailələri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram