İlham Əliyev Minsk Qrupu XORTDAMASINA BELƏ REAKSİYA VERDİ - "Nə ilə məşğul olmalıdırlar?"

DogruXeber.az : - “İşğal dövründə ATƏT-in Minsk Qrupuna sədrlik edən ölkələr, onların rəhbərləri bir neçə dəfə demək olar ki, 7-8 il əvvəl çox müsbət bəyanatlar verdilər. Onlardan biri də status-kvonun qəbuledilməz və dəyişdirilməli olduğunu açıq şəkildə ifadə etməsidir. Biz də bunu çox müsbət qarşıladıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Mən şəxsən dəfələrlə bu mövzuda fikirlərimi bildirmişəm və bunun çoxdan gözlənilən bir bəyanat olduğunu söyləmişəm. Status-kvonun dəyişdirilməsi işğala son qoymaq deməkdir. Ancaq bu izahatlardan sonra praktiki addımlara keçmədilər. Bundan əlavə, bir müddət sonra bu ifadədən də geri çəkildilər və həmsədrlər tərəfindən yeni ifadə irəli sürüldü: “Status-kvo davamlı deyil”. Bu izahlar arasında çox böyük fərq var. “Qəbul edilə bilməz” var və “davamlı deyil” var. O vaxt da mən onları tənqid etdim və dedim ki, bu mövqe dəyişikliyi Ermənistanın işğalçılıq siyasətinin dəyirmanına su tökür.

Təəssüf ki, növbəti dövr Minsk Qrupunun bu məsələni həll etmək niyyətində olmadığını göstərdi. Və müharibə dövründə, 44 günlük müharibədə, bunu bir daha gördük. Çünki məsələni bizə qarşı BMT-də gündəmə gətirən Minsk Qrupunun həmsədri olan bəzi ölkələr idi. Müharibə davam edirdi, biz öz torpağımızda beynəlxalq hüququ bərpa edirdik, ədalət müharibəsi aparırdıq. Belə bir dövrdə BMT-də bizə qarşı hər hansı sanksiya məsələsini qaldırmaq tamamilə ədalətsizlik idi.

Hazırkı dövrə gəldikdə deyə bilərik ki, Minsk Qrupunun fəaliyyətini demək olar görmürük. Demək olar ki, danışıqlar prosesində gəldilər, təkliflər verdilər, prezidentlər səviyyəsində görüşlərin gündəliyini təsbit etdilər, bizə müzakirə ediləcək mövzuları təklif etdilər, hər iki tərəf bu mövzuda danışıqlar aparırdı. İndi müharibənin bitməsindən təxminən bir il keçməsinə baxmayaraq, onlardan heç bir təklif yoxdur. Bir dəfə Azərbaycana gəldilər və mən onlara dedim ki, siz təkliflər verin. Bu məsələni həll etdik. Dağlıq Qarabağ münaqişəsi bitdi. Dağlıq Qarabağ adında inzibati ərazi mövcud deyil. Bu günlərdə BMT Baş Assambleyasındakı çıxışımda bütün ölkələrə müraciət etdim və dedim ki, bundan sonra Dağlıq Qarabağ ifadəsinin işlənməməsini xahiş etdim. Çünki Azərbaycan ərazisində belə ərazi yoxdur. Qarabağ bölgəsi var, Şərqi Zəngəzur var.

Bu halda Minsk Qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortaya çıxmalıdır. Dağlıq Qarabağ münaqişəsi bitdi. İndi nə etmək olar? Etimad tədbirləri, yollar açmaq, dəhlizlər açmaq, sülh prosesini dəstəkləmək, Ermənistan-Azərbaycan münasibətlərini tənzimləmək, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamağa çalışmaq. Məncə onların fəaliyyət dairəsi bundan sonra bundan ibarət olmalıdır. Yoxsa olmayan Dağlıq Qarabağın statusu ola bilərmi? Əlbəttə yox. Mən bunu dedim və bir daha demək istəyirəm ki, kimsə Dağlıq Qarabağa status vermək istəyirsə, öz ölkəsində ərazi versin, orada bir qurum və ya respublika yaratsın. Bununla da müstəqilliyini tanısın. Biz də tanıyaq, amma Azərbaycan ərazisində yox.

İkinci Qarabağ müharibəsindən sonra Minsk Qrupundan bu günə qədər bizə heç bir təklif verilməyib. Və heç bir təklif olmadığı üçün Minsk Qrupunun fəaliyyətindən danışmaq yersizdir. Artıq bir il keçir. Nə təklif edirsən? Deyirsiniz ki, bu münaqişə həll olunmalıdır. Azərbaycan olaraq deyirəm ki, özüm bütün təzyiqlərə baxmayaraq həll etmişəm... Yəni bir təklif olmalıdır. Nə ilə məşğul olmalıdırlar? Mən öz fikirlərimi bildirmişəm. Qalanı onların məsuliyyətidir”, – deyə dövlət başçısı vurğulayıb.


Oxunub: 282

Son xəbərlər

Vüqar Gülməmmədov parlamentdə hesabat verir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

Azərbaycan nefti ucuzlaşdı

“Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

ABŞ "istənilən Çin şirkətinə" qarşı sanksiya elan etdi

Qubad İbadoğluya yekun ittiham elan edildi

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi

Qarabağın yenidən inşasına HARAM QATANLAR... - AXI NİYƏ?

Ali Məhkəmədən mənzilə "kupça" alınmasına dair mühüm qərar

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanacaq

Pensiyaların yubanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sabah Bakıda 27 dərəcə isti olacaq

"Prius"larda şok ucuzlaşma - Bir ay fərqlə qiymətlər

Keçid balları qaldırılır? - VİDEO

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanda qadınlar 6 ay hərbi xidmət keçəcəklər

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

İsrail İrana hücum etməyi planlaşdırır

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

Bütün xəbərlər