Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ucarda oğurluq edən Göyçay rayon sakini tutuldu

28-09-2021, 09:31

Ucarda oğurluq edən Göyçay rayon sakini tutuldu

DogruXeber.az : - Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan DİA.AZ-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə avqust ayının 15-də rayonun Küçəkənd kəndi ərazisində yerləşən mağazaların birinə dam hissəsini qıraraq qanunsuz daxil olan və oradan pul, müxtəlif növ siqaret və bir ədəd mobil telefon oğurlayan Göyçay rayon sakini, 29 yaşlı Yunis Quliyev saxlanılıb.

İstintaq zamanı saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının əvvəlində Ucar rayonu Alpout kəndi ərazisində yerləşən mağazaların birinə oğurluq etmək məqsədilə qanunsuz daxil olduğu, lakin bu zaman obyekt sahibi ilə qarşılaşdığından ona vintaçanla xəsarət yetirərək hadisə yerindən qaçdığı da müəyyən edilib. Həmçinin Y.Quliyevin yaşadığı Göyçay rayonu ərazisində yerləşən bir mağazadan müxtəlif növ siqaret oğurladığı da şöbə əməkdaşları tərəfindən sübuta yetirilib.

Dindirilmə zamanı Y.Quliyev törətdiyi əməlləri etiraf edərək, əldə etdiyi pulları xərclədiyini, siqaretləri isə satdığını bildirib. Bir ədəd mobil telefon isə maddi sübut kimi ondan götürülüb.

Faktlarla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələr də iştirakının olub-olmaması araşdırılır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram