Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin növbəti mərhələsinə başlanılır - Diqqət!

28-09-2021, 09:42

Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin növbəti mərhələsinə başlanılır - Diqqət!

DogruXeber.az : - Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilir.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu mərhələyə test imtahanı nəticəsi 30 bal və daha çox olan namizədlər dəvət olunacaq.

Tezliklə namizədlərin şəxsi səhifələrinə müsahibə qrafiki barədə məlumat göndəriləcək.

Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılacaq.

Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram