Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Arzu Rəhimovun kantorunu da TƏMİZLƏMƏK VAXTIDIR... - Rüşvət, korrupsiya və daha nələr...

28-09-2021, 09:52

Arzu Rəhimovun kantorunu da TƏMİZLƏMƏK VAXTIDIR... - Rüşvət, korrupsiya və daha nələr...

DogruXeber.az : - Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə (SHXÇDX) ölkə Prezidenti tərəfindən göstərilən etimad korrupsiya dəryasında batır.

Qeyd edək ki, Arzu Rəhimov rəhbərlik etdiyi bu qurum yarananda bir sıra hərbi ekspertlər ölkənin hərbi sıfərbərlik və xidmətə çağırış sistemində müsbət dəyişikliklərin olacağını ehtimal edirdilər.

Lakin və təəssüflə qeyd edək ki, Arzu Rəhimun rəhbərlik etdiyi hərbi səfərbərlik xidmətinin fəaliyyətində bütün hədləri aşan rüşvət və korrupsiya halları bütün ümidləri puça çıxarıb.

Aldığımız xəbərlər SHXÇDX-də vəziyyətin nəinki müsbətə doğru dəyişmədiyini, hətta durumun daha da biabırçı hala düşdüyünü təsdiqləyir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərliyi altında cərəyan edən rüşvət və korrupsiya hallarını diqqətdə daim saxlayıb bu barədə bir neçə yazı dərc etmişik.

Gözləyirdik ki, bu ciddi tənqidi yazılardan sonra Arzu Rəhimov nəticə çıxarıb qurumda baş verən mənfi halların aradan qalxması üçün tədbirlər görəcək.

Lakin Dövlət Xidmətdə gedən mənfi proseslərin bu yazılardan sonra daha da güclənməsi Hərbi Səfərbərlik və Çağrış üzrə Dövlət Xidmətində çirkin əməllərin əvvəlki tək davam etməsi bizi yenidən bu dövlət orqanında baş verən hallardan yazmağa məcbur etdi.

Səfərbərlik xidmətində törədilmiş külli miqdarda büdcə yeyintisi ilə tanış olan hər kəsi şoka düşür. İnsanlar dövlət orqanında baş verən şiddətli korrupsiyaya hallarına qarşı dövlətin heç bir tədbir görməməsini heç nə ilə əsaslandıra bilmirlər.

Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun çağırış prosessindəki rüşvətxorluq, qanunsuzluq halları, xidmət daxilində həyata keçirdiyi kadr siyasəti ilə bağlı problemlərdən bəhs edən materiallarla tanış olduqca adamlar heyrətə gəlir.
Keçən il qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin hesabına 44 gün ərzində düşmən üzərində böyük qələbə ilə başa vurduğumuz İkinci Qarabağ müharibəsində şəhid olmuş 3 min qəhrəman əsgərimizin və 10 minlərlə əsgər və zabitimizin içində bir nəfər də olsun belə, bir nəfər məmur və imkanlı adam övladlarının olmaması Arzu Rəhimovun cinayətkar fəaliyyətinin aşkar olunması üçün ən yetərli fakt deyilmi?!

Öz övladlarını vətən uğrunda döyüşə göndərən sadə Xalq Arzu Rəhimovun bu cinayətlərini çox aydın görür və daim dilinə gətirir, amma nədənsə, dövlətin Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimovun rüşvətxorluq və korrupsiya cinayətini himayə edən yüksək vəzifəli məmurlar bu faktı ölkə Prezidentindən gizlədirlər və beləliklə xalq ilə ölkə Prezidenti arasında yaranmış möhkəm birliyə zərbə vurmaqla məşğuldurlar!

Arzu Rəhimovun Hərbi Səfərbərlik Xidmətində törətdiyi ağır cinayətlər təkcə bunlarla bitmir. Səfərbərlik Xidmətinin elə bir sahəsi yoxdur ki, Arzu Rəhimovun cinayət əməllərindən kənarda qalmış olsun.

Məlumdur ki, hər il Azərbaycan dövlətinin büdcəsindən Dövlət Səfərbərlik Xidmətinə də milyonlarla pul ayrılır.

Aldığımız məlumata görə, bu pulların öz təyinatı üzrə xərclənməsi sahəsində də ciddi maliyyə maxinasiyalar həyata keçirilir və nəticədə dövlət vəsaiti korrupsiyanın qurbanına çevrilir. “Müdafiə” bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” bölməsi üzrə ayrılmış pulun mənimsənilməsi gedir.

Hərbi Səfərbərlik Xidməti rəisi Arzu Rəhimovun rəhbərliyilə törədilmiş maxinasiyaları ilə dövlət vəsaitinin mənimsəmə hallarını açığa çıxaran media üzərindən götürdüyümüz faktlara müraciət edək.
Diqqət edin, 2016-cı il üçün büdcədən SHXÇDX-yə ayrılmış 20 milyon 189 min 929 manat pul vəsaitinin yarıdan çoxunun, yəni 10 milyon 452 min manat vəsaitin ştatda olan işçilərə əmək haqqı kimi verilməsinə sərf olunması adı altında mənimsəmə həyata keçirilib.
Ən maraqlı məqamlardan biri isə, işçilərin ikinci əmək haqqı alması ilə bağlıdır.

Sənəddə ştatdankənar işçilərin əmək haqqı məbləğı 22 min 500 manat göstərilib. Məbləğ o qədər böyük olmasa da, amma çox müəmmalıdır. Çünki araşdırma nəticəsində məlum olub ki, illərdən bəri SHXÇDX-də ştatdankənar işçilər heç vaxt olmayıb!

Bu faktı Səfırbərlik Xidmətin bir neçə rayon şöbəsinin rəhbərləri tərəfindən də təsdiqlənib. Burada sual yaranır, bəs, büdcədən ayrılan 22 min 500 manat pul hara yönəldilib?! Yemək xərci də, dərman pulu da süni şəkildə hər il şişirdilib...

Arzu Rəhimovun rəhbərlik etdiyi Hərbi Səfərbərlik Xidmətində 2016-2021- cı illər üçün ayrı-ayrı bölmələr üzrə ayrılan vəsaitlərlə bağlı media üzərindən aparılmış araşdırmaların nəticələri çox ziddiyyətlidir. Məsələn, Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 2016-cı il üçün 761 min 646 manat vəsait xərclənməsi nəzərdə tutulub. Bu məbləğ adı görünə bilər. Amma bu rəqəm 4 il əvvəlki ilə müqayisədə fantastik həddədir: 38 dəfə çox, 4 il sonrakı 2020-ci ildə isə bu 12 dəfə çox olub! 2016-cı ildə Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 20 min manatdan çox vəsait ayrılıbsa, 2020-ci ildə bu rəqəm 10 dəfədən çox artıb.

Ümumiyyətlə, qida məhsullarının satın alınmasına 2016-cı ildə 362 min manat sərf olunub və bu rəqəm sonrakı illər üzrə bir neçə dəfə artması da büdcədən ayrılmış pulun korrupsiyaya yem olduğunu təsdiq edir.

Arzu Rəhimov quruma rəhbər təyin olunduqdan sonra qurum üzrə bütün xərclərin ilbəil artması tendensiyasının aydın müşahidə olunması da ciddi maraq doğuran korrupsiya göstəricisidir.

Bu barədə növbəti araşdırma yazımızda ətraflı bəhs edəcəyik.

Bizi izləyin

Araşdırma qrupu

Mənbə paralel.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram