Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Xəzərin icra başçısı ilə bağlı İLGİNC İDDİA... - Özünə təbrik yazdırır...

28-09-2021, 11:07

Xəzərin icra başçısı ilə bağlı İLGİNC İDDİA... - Özünə təbrik yazdırır...

DogruXeber.az : -Bakının Xəzər rayon icra hakimiyyətinin əməkdaşları icra başçısı Elşən Salahovun ad günü münasibəti ilə təbrik edilməsi üçün təlimatlandırılıblar. Bu haqda TİA.Az-ın xəbərinə görə, İH əməkdaşları bir-bir “facebook” və votsap statuslarında icra başçısına təbrik yazırlar. Bunu ilk baxışdan təbii saymaq olar, lakin işin qəribə tərəfi göstərişin icra başçısı tərəfindən gəldiyi haqda iddialardır. E.Salahovun niyə belə tapşırıq verdiyini təxmin etmək çətindir. Amma ad günü təbriki səmimi qəlbdən gəlməlidir. Bunu göstərişlə edəndə süni alınır. Xüsusən də rəhbər şəxsi mədh edəndə…
Məlumata görə, Xəzər İH-in əməkdaşlarının başçıya təbrik mesajları haqda E.Salahova məruzə olunub, heç kəsin demək olar ki, bu kampaniyadan kənar qalmadığı bildirilib. Adətən bu cür müti addımlar, əmrlər orta əsrlərdə, yaxud xanların, ağaların dövründə olub. Bu müasir dövrdə, islahatlar xətti götürülən ölkədə bir məmur isə ad günü təbriki üçün tapşırıq verir.
Xəzərin icra başçısı ilə bağlı İLGİNC İDDİA... - Özünə təbrik yazdırır...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram