Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qoşqar Təhməzli sahibkarlara BELƏ QAN UDDURUR... - NARAZILIQ VAR!

28-09-2021, 12:34

Qoşqar Təhməzli sahibkarlara BELƏ QAN UDDURUR... - NARAZILIQ VAR!

Capar.info : -“Dövlətin sahibkarlara, kənd təsərrüfatında ixraca yaratdığı şəraitə Qida Təhlükəsizliyi Agentliyinin “daxili qaydalarla” kənd təsərrüfatının ixracına böyük maneələr yaradır.
Belə ki, ölkə ərazisində ixrac olunan məhsullara laboratoriya analizindən sonra alınan fitosanitar sertifikatı sahibkarlar tərəfindən çox çətinliklə əldə edilir.
Bunun da əldə edilməsi iki sutkaya başa gəlir. Konkret olaraq, Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı regional bölməsinə yeni rəhbər təyin edilmiş Bürcü Cabbarov gəldiyi gündən ixracatçı sahibkarlara müharibə elan edib”.
Anaxeber.info bildirir ki, bunu ixracatçılar - Hidayətov Təyyar, Bədəlov Asif, Həşimov Ələmdar və Hidayətov Zöhrab müraciətdə yazıblar.
Onların sözlərinə görə, B.Cabbarov fitosanitar sertifikatın verilməsini tabeçiliyində olan işçilərinə əsassız olaraq qadağan edib: “Səbəbini soruşduqda Qida Təhlükəsizliyinin işçisi olan Mövsüm müəllim göstərişin Cabbarovdan gəldiyini söylədi.
Hörmətli aidiyyatı qurumlar, bu gün ölkədə pandemiya ilə əlaqədar hər sahənin acınacaqlı olduğu bir vəziyyətdə Şamaxı Qida Təhlükəsizliyinin yeni rəhbəri Cabbarov Bürcünü sahibkarlara qarşı yönəlik bu addımına nə ad vermək olar?
Bu adam Prezident İlham Əliyevin kənd təsərrüfatının ixracının inkişafını təkmilləşdirilməsinə qarşı çıxırmı, yoxsa Qida Təhlükəsizliyi rəhbəri Qoşqar Təhməzovun fəaliyyətinə kölgə salırmı, bilmirik.
Biz Baş Prokuror Kamran Əliyevdən Şamaxı regional idarəsinin rəhbərinin bu vəzifəsindən sui-istifadəsini araşdırılması üçün icra götürməyi xahiş edirəm. Çünki bu cür rəhbərlik edilən bir qurumda həm istehsalçılar, həm ixracatçılar çox acınacaqlı hala düşəcəklər”.
Həmçinin, Cəfərov İlqar, Məmmədov Şaiq və Əliyev Məzahir qeyd edirlər ki, hansı Qida Təhlükəsizliyi Agentliyinə aid quruma yaxınlaşırsan, müraciətlərə baxmırlar:
“Hamısı deyir ki, Qoşqar Təhməzlinin rəhbərliyi alınan qərarlardan gedin şikayətiniz ona edin, biz əmir yerinə yetiririk. Çünki ixrac edərkən sahibkardan lüzumsuz sənədlərin istənilməsi süründürməçilikdən başqa bir şey deyil. Yəqin Qoşqar müəllimin xəbəri var, yoxdursa da biz bildirdik”.
İxracatçıların şikayət məktubundan məlum olur ki, həm B.Cabbarov, həm AQTA-nın digər bölmələri sahibkarları incitməyə, süründürməyə başlayıb. Bu da dövlətin götürdüyü yeni idarəetmə modelinə qarşı getməkdir. Ölkə rəhbərliyi hesab edir ki, iş adamlarına şərait yaradılmalıdır, onları sıxışdırmaq olmaz. Ancaq Q.Təhməzli ciddi narazılıq dalğası yaradır.
Şamaxıdan gələn şikayət AQTA-nın ölkəboyu fəaliyyətinin bir bəndidir. Əslində, analoji vəziyyət hər yerdə baş verir. Ümumiyyətlə, Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı Qida Təhlükəsizliyi Agentliyidir. Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi haqda bu qədər geniş məlumat verməyimiz təsadüfü deyil.
Bu qurum “Asan” xidmətdən sonra ölkə rəhbərinin böyük etimad göstərərək yaratdığı ikinci müstəqil qurumdur. Hələ Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlamazdan öncə, çoxları elə zənn edirdi ki, adıçəkilən qurum işinə start verdikdən sonra qısa müddət ərzində ölkənin ərzaq təhlükəsizliyi sahəsində nəzərəçarpacaq irəliləyişlərə imza atılacaq. Lakin bununla bağlı gözləntilər heç də özünü doğrultmadı.
Vaxtilə iş adamlarından qeyri-qanuni pullar yığan, başlarına torba keçirib MTN-ə gətirib soyub buraxan Eldar Mahmudov çetesinin daha “mədəni” forması olan AQTA işçiləridir. Onların obyektlərdən, restoranlardan xərac yığmaqda haqda arabir ittiham eşidilməkdədir.
Əvəzində isə agentlik sədrinin başı xaricdəki biznesinə qarışıb. Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Təhməzlinin Slovakiyadakı Saffran S.R.O. şirkəti hotel və mehmanxanaları tekstil və hamam aksesuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk).
Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir. Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40-da qeydiyyatda olan Təhməzlinin öz adına rəsmiləşdirilib.
Respublikada müstəqil olan qida laboratoriyaları da AQTA sədrinin hədəfinə tuş gəlib və Q.Təhməzli bu məntəqələrin bağlanması üçün əlindəki bütün resurslarını səfər edib.
AQTA sədrinin məqsədinə çatmaqda niyyəti bu sektoru bir əldə cəmləmək, monopoliya yaratmaqdır. Laboratoriyaların işinə xitam verilməsi qida müəssisələrini Q.Təhməzlinin tabeliyindəki laboratoriyalardan asılı vəziyyətə gətirməyə hesablanıb.
AQTA şefinin laboratoriyalarında qida təhlükəsizliyinin yoxlanılması olduqca bahadır. Məsələn, bir pendir növünün test edilməsi azı 300 manatdır. Özəl qida laboratoriyalarında isə qiymətlər daha münasibdir.
Əldə etdiyimiz xəbərlərə görə, artıq bir neçə özəl yoxlama məntəqəsinin sıxışdırılıb qapadılmasına müvəffəq olunub. AQTA sədri gömrük inhisarçılarından geri qalmayaraq monopolist siyasət yürütməkdədir.
Anaxeber.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram