Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şəhid adına pul yığan müəllim CƏZALANDIRILDI – Rəsmi AÇIQLAMA

28-09-2021, 12:51

Şəhid adına pul yığan müəllim CƏZALANDIRILDI – Rəsmi AÇIQLAMA
DogruXeber.az : - Xətai rayonu Zakir Yusifov adına 194 nömrəli tam orta məktəb daxilində Xətai şəhidlərinin foto və bioqrafiyalarından ibarət güşə düzəldilməsi üçün hər şagirddən 6 manat pul tələb olunduğunu xəbər vermişdik.

Həmçinin valideynlərin olduğu “Watsapp” qrupunda sinif rəhbərinə aid olduğu deyilən səsyazını ictimailəşdirmişdik.

Şəhid adına pul yığılmasına etiraz edənlərdən biri olan Zaur Əliyevin şikayəti əsasında sözügedən məktəbdə övladı ilə bağlı problem yaşadığını da billdirmişdik.

Valideynin şikayətində qeyd olunmuşdu ki, şəhid adına pul yığılmasına etiraz etdiyi üçün 9-cu sinifdən çıxardığı, daha sonra geri qaytardığı oğlu Qaraoğlan Əliyev məktəbə bərpa olunmur. Məsələ hələ də həll edilməmiş qalır.

Bakı Şəhər Təhsil İdarəsi Bizim.Media-nın bununla bağlı sorğusu əsasında 194 nömrəli məktəbdə baş verən hər iki şikayəti araşdırıb.

Qurumdan saytımıza bildirilib ki, qeyd edilən məsələ ilə bağlı bir müddət öncə valideynlərdən birinin müraciəti əsasında müvafiq araşdırma aparılıb:

“Araşdırma zamanı müəyyən edilib ki, 2020-2021-ci tədris ilinin ikinci yarımilində məktəbin 3 “c” sinfində valideynlərin təşəbbüsü ilə təşkil olunmuş pul yığımı məktəbin direktoru Elnarə Zeynalova tərəfindən dayandırılıb və yığılan vəsait valideynlərə qaytarılıb.

3 “c” sinfinin rəhbəri Qəmsiyyə Paşayeva valideynlər arasında kommunikativ münasibətlərin tənzimlənməsində yol verdiyi nöqsana görə intizam məsuliyyətinə cəlb olunub.

Məktəbdən verilən məlumata görə məqalədə olan səsyazısı müəllimə deyil, valideynə aiddir. Məqalədə adı qeyd edilən valideyn Zaur Əliyev Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı ərizəsində yığılmış pulun qaytarıldığını, hazırda şikayətçi olmadığını bildirib”.

Bakı Şəhər Təhsil İdarəsi 9-ci sinifdən çıxarılan, sonra geri qayıdaraq yenidən məktəbə bərpa edilməsini istəyən Qaraoğlan Əliyevin məsələsinə də münasibət bildirib.

Qeyd olunub ki, Əliyev Qaraoğlan Zaur oğlu 2019-2020-ci tədris ili üzrə IX sinfi bitirib:

“Valideyn övladının X sinifdə təhsilini davam etdirməsi üçün 2020-2021-ci tədris ilinədək müraiət etməli idi. 1 il gecikmə ilə müraciət edən Qaraoğlan Əliyevin 2021-2022-ci tədris ili üzrə X sinfə qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 06 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.9-cu bəndinə (şagirdlərin X sinfə qəbulu onların ümumi orta təhsil haqqında şəhadətnaməni aldıqları vaxtdan növbəti tədris ili başlayanadək həyata keçirilir) ziddir”, deyə sorğuda vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram