Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İsmayıllı UGİM də müəllimə təhdid olunur! - Bu idarədə rüşvətxorluq baş alıb gedir

28-09-2021, 13:40

İsmayıllı UGİM də müəllimə təhdid olunur! - Bu idarədə rüşvətxorluq baş alıb gedir

DogruXeber.az : - İsmayıllı rayon uşaq gənclər inkişaf mərkəzində baş verən qanunsuzluqları ictimaiyyətə çatdırılmasına görə tənqidçi jurnalist Elçin İsmayıllının həyat yoldaşı Aytən İsmayıllı qeyd edilən müəssisədə metodist Gülnar Həbibova tərəfindən təhdid olunur. Nəzərinizə çatdırırıq ki, metodist Gülnar Həbibova iki gün əvvəl mərkəzin müəlliməsi Aytən İsmayıllının whatsapp nömrəsinə yazaraq mərkəzdə görülən işlər üçün 15 manat pul verməli olduğunu bildirmişdir. Buna görə həmin məsələ Jurnalist Elçin İsmayıllı tərəfindən rayon rəhbərliyinin diqqətinə çatdırılmışdır. Bundan qeyzlənən Gülnar Həbibova bu gün 28 sentyabr 2021-ci il tarixində adıçəkilən müəlliməni xoşagəlməz formada aşağılamış özü və ailəsi haqqında aşağılayıcı ifadələr işlətmişdir.
Qeyd edək ki, Gülnar Həbibova bu vəzifəyə məhz qaranlıq yollarla gəlmiş və məktəbdə hazırki direktor vəzifəsini müvəqqəti icra edən Ülviyyə Cəbiyeva ilə birlikdə qanunsuz olaraq müəllimlərdən pul tələb edirlər.
Mən tənqidçi jurnalist olaraq, ailəmə qarşı bu tərbiyəsizliyin durdurulmasını tələb edirəm. Bəli, adıçəkilən idarədə hədsiz qanunsuzluqlar var və bu qanunsuzluqların başında məhz Ülviyyə Cəbiyeva və Gülnar Həbibova dayanır. Hesab edirəm ki, bu adamlar müəllim adına yaraşmayan hərəkətlərə yol verirlər və belə adamların bu vəzifədə qalması yolverilməzdir. İsmayıllı təhsil şöbəsinin müdiri hörmətli Rövşən Əliyev təcili bu şəxsləri cəzalandırmalıdır. Bu adamlar Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı, cənab prezident İlham Əliyevə qarşı fəaliyyət göstərir və ölkə siyasətinin üzərinə kölgə salırlar. Mən hüquq-mühafizə orqanlarını bu məsələni araşdırmağa çağırıram və şikayətçi olduğumu bildirirəm.

Elçin İsmayıllı //azinfo.tv//
İsmayıllı UGİM də müəllimə təhdid olunur! - Bu idarədə rüşvətxorluq baş alıb gedir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram