Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Saatlıda Anım Günü tədbiri

28-09-2021, 13:43

Saatlıda Anım Günü tədbiri

DogruXeber.az: - Ölkəmizin bütün bölgələrində olduğu kimi Saatlıda rayonunda da şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, müxtəlif tədbirlər keçirilib.

Anım Günü ilə əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canlarından keçən soydaşlarımızı, eləcə də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu Anar Məmmədovun məzarını ziyarət ediblər, önünə gül dəstələri düzüblər.

Daha sonra isə Anım Günü ilə əlaqədar olaraq polis əməkdaşları rayon ərazisində ağacəkmə aksiyasında iştirak ediblər. Asayiş keşikçiləri iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, 135 ədəd müxtəlif ağaclar və güllər əkiblər. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.

Saatlıda Anım Günü tədbiri

Saatlıda Anım Günü tədbiri

Saatlıda Anım Günü tədbiri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram