Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Müharibədə Rusiyadan istədikləri dəstəyi ala bilməmələri erməniləri qəzəbləndirib..." - ekspert

28-09-2021, 13:56

"Müharibədə Rusiyadan istədikləri dəstəyi ala bilməmələri erməniləri qəzəbləndirib..." - ekspert

DogruXeber.az : - “Erməni xalqı xəstədir. Onların özlərinin Filip Ekozyans adlı bir tarixçisi var. O, deyir ki, erməni xalqının ən böyük bəlası onun saxtalaşdırılmış tarixidir. Nə qədər ki, ermənilər bu saxtalaşdırılmış tarixdən qurtulmayacaq, onlar xəstə vəziyyətdə bax belə dünyaya qarşı iddialar irəli sürməyə davam edəcəklər”

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Q.Hüseynli deyib ki, zamanla ermənilər bu həqiqətlə barışmalı olacaqlar:

“Ona görə də ermənilərin irəli sürdüyü iddialar xəstə təxəyyülün məhsuludur. Güman edirəm ki, tədricən bölgədəki, dünyadakı reallıqları gördükdən sonra onların müəyyən hissəsi buna qayıdacaq. Artıq erməni toplumu özü də dərk eləyir ki, onlar Rusiyanın əlində bir alətdir və 44 günlük Vətən müharibəsində Rusiyanın ermənilərə onlar istədiyi kimi dəstək verə bilməməsi onları qəzəbləndirib. Ona görə də erməni cəmiyyətinin içində Rusiyanı ittiham edən şəxslərin sayı çoxalıb”.

Qeyd edək ki, dünən 44 günlük Vətən müharibəsindən bir il ötdü. Bu münasibətlə Ermənistanda “İkinci Qarabağ savaşının bir ili tamam olur. Yeravanda nə düşünürlər?” adlı sorğu keçirilib. Sorğuda iştirak edən ermənilər bu məğlubiyyətə görə həm hökuməti, həm də Rusiyanı ittiham ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram