Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İrəvanda müəmmalı qətl: - Məşhur iş adamının qızı güllələndi

28-09-2021, 15:26

İrəvanda müəmmalı qətl: - Məşhur iş adamının qızı güllələndi

Ermənistanda qalmaqallı cinayət hadisəsi baş verib.
DogruXeber.az Azvision.az -a istinadən xəbər verir ki, yerli media məşhur "Gloria" geyim fabrikinin sahibi Baqration Dərbinyanın qızının güllələnməsi barədə məlumat yayıb.

Məşhur iş adamının qızı olan 27 yaşlı Diana Darbinyan İrəvanın mərkəzində baş verən atışma nəticəsində öldürülüb. Xatırladaq ki, sentyabrın 28 -i gecə saat 01:40 radələrində Azatutyan prospektindəki "Haqtanak" parkının yaxınlığında atışma olması və bir qadının ölməsi barədə məlumat yayılmışdı. Artıq kriminal saytlar hadisənin təfərrüatlarını öyrəniblər. Darbinyanın əri 29 yaşlı Vazgen Marqaryan da yaralanıb. Onu xəstəxanaya çatdıra biliblı. Hüquq -mühafizə orqanları atəş açan şəxsin kimliyini müəyyən edib. Onun 24 yaşlı Levon E. olduğu aşkarlanıb.

Sayt iddia edir ki, kafelərdən birində davaya çevrilən mübahisədən sonra qadının əri ilə naməlum şəxs arasında dava düşüb. beləcə atışma baş verib və Zəfər parkı yaxınlığında 17 patron tapılıb. Bundan başqa "Kanaker-Zeytun" tibb mərkəzinin yaxınlığında, içərisində qan izləri olan və Rusiya dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobil də aşkarlanıb. Bəzi saytlar iddia edir ki, atışma adi məişət zəminində baş verən mübahisədən yaranmayıb, hadisənin siyasi motivləri də ola bilər.

Qeyd edək ki, bir neçə gün öncə İrəvanda gecə saatlarında atışma zamanı eks-deputatın oğlu öldürülmüşdü.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram