Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Minsk Qrupunun bölgədə nə işi var? - “Diplomatiyada adətən “hə” deyilir, amma...

28-09-2021, 16:21

Minsk Qrupunun bölgədə nə işi var? - “Diplomatiyada adətən “hə” deyilir, amma...

DogruXeber.az : - ATƏT-in Minsk Qrupunun fəaliyyəti bütün dövrlərdə Azərbaycanın narazılığına səbəb olub.

Hətta münaqişə dövründə dəfələrlə ATƏT-in Minsk Qrupunun mandatından imtina etmək məsələsi Azərbaycanda müzakirə edilib. 30 ilə yaxın işğal tarixində nəticəsiz fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun 44 günlük Vətən müharibəsindən sonra bölgədə görə biləcəyi və ya manipulyasiya edəcəyi bir durum qalmayıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Minsk Qrupunun 30 il ərzində görə bilmədiyi məsələ 44 gün həll olunub. Müharibədən sonra ATƏT-in Minsk Qrupu yenidən fəaliyyətini bərpa etmək üçün müəyyən gedişlər edir. Bunun üçün Ermənistan başda olmaqla, həmsədr ölkələr də maraqlı tərəf kimi çıxış etməyə başlayıb. Amma Azərbaycan tərəfi Minsk Qrupunun fəaliyyətində maraqlı olmadığı üçün edilən cəhdlər də nəticəsiz qalır. Bu gün isə ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna işçi səfərlərini bərpa edəcəyi ilə bağlı məlumat yayıldı.

Bu haqda məlumatı isə Rusiya xarici işlər naziri Sergey Lavrov verib. O, Nyu-Yorkda həmsədrlərin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşündə bu barədə razılıq əldə olunduğunu əlavə edib. “Həmsədrlər Nyu-Yorkda Bakı və Yerevan ilə regiona işçi səfərlərin bərpası barədə razılıq əldə edib. Ötən il Qarabağla bağlı əldə olunmuş üçtərəfli razılaşmanın əsas nəticəsi stabillikdir”, -deyə nazir söyləyib.

Bölgədə artıq münaqişə yoxdur və Azərbaycan Qarabağ məsələsini həll edib. O zaman ATƏT-in Minsk Qrupu bölgədə hansı işi görəcək?

Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında deyib ki, Minsk Qrupunun fəaliyyətində ən çox maraqlı olan Ermənistan və bəzi həmsədr ölkələrdir:

“Çünki bəzi həmsədrlərin bəyanat səviyyəsində istəyi, bəzilərinin isə daha dərin səbəbləri var ki, Minsk Qrupunun fəaliyyətini bərpa etsin. Yəni buna münasibət müxtəlifdir. Əsas məqsəd ondan ibarətdir ki, Cənubi Qafqazda Rusiya-Türkiyə tandeminə hansısa rəqabət təşkil edə biləcək bir qurumun fəaliyyəti aktivləşdirilsin”. Azərbaycan mövqeyinə gəlincə, sabiq nazir bildirib ki, artıq bu, Prezident tərəfindən açıq şəkildə bəyan olunub: “Amma bir məsələni başa düşmək lazımdır ki, Azərbaycan istəməsə, ATƏT-in Minsk Qrupunun fəaliyyəti mümkün deyil. Yəni gediş-gəliş ola bilər, amma bu, o demək deyil ki, onlar hansısa danışıqları təşkil edəcəklər. Təşkil etsələr belə, gündəmdə artıq biz dediyimiz mövzular təsbit olunmalıdır. Yəni humanitar mövzular, Ermənistan-Azərbaycan münasibətləri və problemlər gündəmdə olmalıdır. Status məsələsi ilə bağlı isə hər şey aydındır, Prezident son nöqtəni qoyub, artıq bu mövzuya qayıdış mümkün deyil”.

Tofiq Zülfüqarov əlavə edib ki, diplomatiyada nadir hallarda “yox” deyilir: “Adətən “hə” deyilir, amma öz maraqlarına uyğun siyasət yeridilir. Məsələn, müharibədən qabaq Ermənistan Minsk Qrupunun fəaliyyətini sözdə dəstəkləyirdi, amma elə siyasət aparırdı ki, heç bir nəticə əldə olunmasın. İndi Azərbaycan hansı yolu seçəcək, onu görəcəyik. Amma ümumi olaraq bu məsələ ilə bağlı cənab Prezident lazım olan hər şeyi söyləyib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram