Paşinyan Azərbaycan və Türkiyənin təklifi ilə razılaşacaq? - TƏHLİL

DogruXeber.az : - ABŞ-ın “The Hill” qəzetində “Qafqazda müharibə yox, ticarət yeni reallığa çevrilə bilərmi?” başlıqlı məqalə dərc olunub.

Məqalədə deyilir ki, 1990-cı illərdə Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tərkib hissəsi kimi tanınan torpaqları - Dağlıq Qarabağı və ona bitişik rayonları işğal etdiyinə görə iki ölkə arasında münasibətlər gərginləşib.

Daha sonra məqalədə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən hərbi əməliyyatlar, həmçinin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı atəşkəs razılaşması nəticəsində Azərbaycanın 30 ilə yaxın işğalda qalan torpaqlarının əhəmiyyətli hissəsinin azad olunduğu xatırladılır. Bildirilir ki, on illər ərzində erməni işğalı altında olan ərazilərini azad etmiş Azərbaycan indi yeni problemlərlə üzləşib:

“Azad olunmuş ərazilərdə hələ də zərərsizləşdirilməmiş minalar qalmaqdadır. Bakı müharibə dövründə həmin ərazilərdə Ermənistanın basdırdığı minaların xəritəsinin verilməsini tələb edir.

2012-ci ildə NATO-nun Etimad Fondu sovet ordusundan qalma partlamamış silah-sursatları və minaları zərərsizləşdirməkdə Azərbaycana yardımçı olmuşdu. İndi isə Azərbaycan erməni işğalından azad etdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi və həyata təhdid yaradan minaların təmizlənməsi işində yalnız NATO üzvü olan müttəfiqi Türkiyədən yardım alır.

Azərbaycan 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının üzvüdür və Kosovoda, Əfqanıstanda NATO-nun rəhbərliyi altında aparılan sülhməramlı əməliyyatlarda fəal iştirak edib.

Azərbaycan NATO-nun Əfqanıstandakı Sülh Naminə Tərəfdaşlıq Proqramında tərəfdaş ölkə kimi öz missiyasını bu yaxınlarda başa vurub, qoşunlarını Kabil hava limanından çıxarıb.

Hazırda Azərbaycan erməni işğalından azad etdiyi ərazilərdə bərpa işlərini davam etdirir. Ancaq bu ərazilər minalardan daha çevik şəkildə təmizlənsə, bərpa işləri də asanlaşardı.

Zərərsizləşdirilməmiş minalar köçkünlərin azad edilmiş ərazilərə qaytarılmasına, habelə Azərbaycanın yalnız ölkə daxilində deyil, regionun digər ölkələri ilə də nəqliyyat əlaqələri və infrastruktur layihələri reallaşdırmasına böyük maneə yaradır. Regional təşəbbüslər və layihələr isə çox əhəmiyyətlidir, çünki bu, bölgədə sabitliyi, sülhü, əmin-amanlığı təmin etməyə imkan verir.

Bəlkə NATO-nun partlamamış hərbi sursatların zərərsizləşdirilməsi və ərazilərin minalardan təmizlənməsi işində Azərbaycana kömək etmək vaxtıdır?”

Məqalədə bildirilir ki, 2021-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev öz bəyanatlarında Yerevanın pozitiv yanaşma nümayiş etdirəcəyi halda Ermənistanla yeni mərhələyə başlamağa hazır olduqlarını vurğulayıblar: “Hər iki lider iqtisadi əlaqələri inkişaf etdirməklə və ölkələr arasında ticarəti asanlaşdıra biləcək multimodal nəqliyyat xətləri yaratmaqla Ermənistanla əməkdaşlığa hazır olduqlarını deyiblər”.

Məqalədə qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu təklifə razılaşacaq kimi görünür: “Ermənistanın Azərbaycan və Türkiyə ilə problemləri 1991-ci ildən bəri Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan sərhədlərinin bağlanmasına səbəb olub. Amma Paşinyan xarici siyasətini yeni reallığa uyğunlaşdırsa, yaxın gələcəkdə Ermənistana öz ticarətini quru yolla inkişaf etdirmək üçün geniş imkanlar aça bilər”.

“The Hill” yazır ki, Paşinyan da öz bəyanatında regional nəqliyyatın açılmasının vacibliyinə toxunub: “Ermənistanı qonşu ölkələrlə, Azərbaycan və Türkiyə ilə birləşdirəcək istənilən multimodal əlaqə isə ticarət üçün əhəmiyyət kəsb etməyə başlayacaq”.

Məqalədə vurğulanır: “Ticarətlə münaqişə bir araya sığmır. Ticarət müqavilələri iqtisadiyyatı inkişaf etdirməklə bərabər münaqişə, qeyri-sabitlik ehtimallarını da azaldır. Ticarətin yaratdığı iqtisadi əlaqələrin münaqişənin qarşısını almaq və ölkələri sülhə gətirmək gücü var.

Hazırkı situasiyada bütün tərəflərin bu səyləri konkretləşdirməyə hazır olduğu görünür. Ərdoğanın, Əliyevin və Paşinyanın bəyanatlarına da bu nöqtədən baxmaq lazımdır”. //Novator.az//


Oxunub: 310

Son xəbərlər

Xankəndidə silah-sursat aşkarlandı

Tarixdə ilk dəfə: Danimarka USQ üçün Ukrayna istehsalçılarından silah alır

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 10 % artırıb

Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

İki narkokuryer tutuldu

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasına belə reaksiya verdi

Şahin Abbasov və qardaşları Moskvaya aparıldı

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? — Siyavuş Novruzov

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

"Xəzər TV"nin məşhur verlişi bağlanacaq

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI

ABŞ İsrailin İrana zərbə endirməsini dəstəkləir

Sabah 30 dərəcə isti olacaq

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

"Satınalmalarda ciddi problemlər mövcuddur" - Vahid Əhmədov

Bütün xəbərlər