Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Millimizin keçmiş futbolçusu öldü

1-10-2021, 12:29

Millimizin keçmiş futbolçusu öldü

"DogruXeber.az" xəbər verir ki , Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Lemiş vəfat edib.

Apasport.az saytının məlumatına görə, Bakı futbol məktəbinin yetirməsi 51 yaşında ölüb.

1987-ci ildə SSRİ yığmasının heyətində yeniyetmələr arasında dünya çempionu olan Lemiş karyerası ərzində “Neftçi” (1988-1989), “Kuban” (1990-1991, 1992, 1994), “Las Palmas” (1992-1993), MOİK (1994), “Monolit” (1995), “İzumrud” (1995), “Drujba” (1996), Stavropol “Dinamo”su (1997), “Baltika” (1997), Belarus “Slaviya”sında (1998) çıxış edib.

Karyerasını bitirəndən sonra Krasnodarda yaşayan həmyerlimiz həvəskarlar və tələbələrdən ibarət komandaları çalışdırıb. O, həmçinin Krasnodar Dövlət Universitetində dərs deyib.

Qeyd edək ki, 1992-ci ildə Rusiya yığmasında 1 matça çıxan futbolçu 1994-cü ildə Azərbaycan millisində də 1 oyun keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram