Əliyev-Paşinyan görüşünü kim təşkil edəcək? - AKTUAL

DogruXeber.az: - Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın gələcəkdə ATƏT-in Minsk Qrupu çərçivəsində görüşü baş tuta bilər. İspaniyanın EFE xəbər agentliyinə müsahibəsində İ.Əliyev Paşinyanla “o nə vaxt hazır olsa” görüşə biləcəyini bildirib.

“Mən görüşməyə hazıram və artıq mövqeyimi bildirmişəm. Əgər Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bu ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə üçtərəfli formatda bir görüşümüz oldu. Cənab Paşinyan nə vaxt hazır olsa, onunla danışıqlar aparmağa hazıram. Beləliklə, mən müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və bu səhifənin çevrildiyinin yaxşı bir göstəricisi ola bilər” – deyə İlham Əliyev müsahibəsində bildirib. Azərbaycan Prezidenti həm də deyib ki, əgər Ermənistan Qarabağdakı mina sahələrinin dəqiq xəritələrini təqdim edərsə, Bakı da buna adekvat cavab verəcək.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da cümə günü ölkənin İctimai Televiziyasına müsahibəsində liderlərin görüşə biləcəyini istisna etməyib. “Daha əvvəl bildirmişdik ki, görüşməyə və problemləri ən yüksək səviyyədə müzakirə etməyə hazırıq. Azərbaycan həqiqətən də hazır olduğunu ifadə edərsə, ümid edirik ki, ATƏT -in Minsk Qrupu çərçivəsində müzakirələr başlayacaq və görüş yaxın gələcəkdə baş tutacaq”. Qriqoryan həm də deyib ki, Bakı hazırdırsa, Rusiyanın vasitəçiliyi ilə Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazırdır.

Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev xarici mətbuata müsahibəsində Minsk Qrupunun prosesə ancaq Azərbaycan və Ermənistan arasında problemlərin həllində vasitəçi olaraq qayıdacağını bildirib. Dövlət başçısı ölkələr arasında sülh müqaviləsinin, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müzakirələrin aparılmasını mümkün sayır, amma Qarabağ mövsunda həmsədrlərlə heç bir əməkdaşlıq olamayacağını bəyan edib. “Qarabağ münaqişəsi bitib, bizim tərəfimizdən həll edilib, o artıq tarixdir və Azərbaycanda belə bir inzibati ərazi yoxdur”, – deyə Əliyev vurğulayıb

Maraqlıdır, Azərbaycan və Ermənistan liderlərinin görüşü yaxın zamanlarda baş tuta blərmi və bu zaman masada hansı məsələlər olacaq?

Siyasi təhlilçi Rauf Mirəqdirov Pressklub.az-a bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşünü mümkün sayır. Ekspert xatırladır ki, onların arasında sonuncu görüş ilin əvvəlində, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada olub. “Hazırda yüksək səviyyədə təmasların baş tutması üçün hər hansı maneə yoxdur. Əvvəllər əsas maneə o idi ki, Paşinyan seçkilərə hazırlaşırdı, bu dövrdə onun hər hansı ciddi addım atması qeyri-mümkün idi. İndi isə belə bir əngəl yoxdur, İlham Əliyev-Nikol Paşinyan görüşü istənilən vaxt keçirilə bilər”, – deyə təhlilçi vurğulayıb.

R. Mirqədirov xatırladır ki, Prezident İlham Əliyev bu görüşdə müzakirə edəcəyi məsələləri kifayət qədər aydın şəkildə ifadə edib: “Bura ilk növbədə Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası daxildir. Hər iki mövzu müzakirə edilə bilər, ən əsası, sülh danışıqlarına başlanması üçün qərar verilə bilər. Məsələn, praktik olaraq sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı qərarlar mümkündür. Amma hər iki məsələ ilə bağlı pozitiv qərarların verilməsi o demək deyil ki, yaxın günlərdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçiriləcək. Hər iki məsələ çox ciddi uzunmüddətli proses tələb edir”.

Ekspert hesab edir ki, sülh sazişi üzərində uzun müddət iş gedəcək, çünki tərəflərin bu məsələdə mövqelərinin üst-üstə düşməsi mümkün deyil: “Müzakirə ediləsi məsələlər həddindən artıq çoxdur. Düşünürəm ki, sülh müqaviləsində tərəflərin bir-birinin ərazi bütövlüyünün tanınması məsələsində elə də ciddi problem olmayacaq. Ancaq Ermənistan Qarabağ ernmənilərinin statusu ilə bağlı gələcəkdə müzakirələrin aparılması üçün bir müddəanın əlavə edilməsinə çalışacaq. Bu da Azərbaycan tərəfinin ciddi etirazlarına səbəb olacaq”.

Sərhədlərin dəqiqləşdirilməsinə gəlincə, R. Mirəqdirov bildirir ki, əvvəlcə delimitasiya üçün xəritə üzərində sərhədlərin konturları razılaşdırılmalıdır. “Bundan sonra demarkasiya prosesi gəlir və bu zaman coğrafi ərazilər üzrə sərhəd xətlərinin dəqiq konturları razılaşdırılmalıdır. Bu məsələnin sadə proses olacağını düşünənlər yanılır. Bir örnək gətirim, Azərbaycanla Gürcüstan arasında heç bir problem yoxdur, amma sərhədlərin delimitasiyası və demarkasiyası hələ də başa çatmayıb”, – deyə siyasi şərhçi əlavə edib.

Rauf Mirqədirovun sözlərinə görə, bu razılaşmalar heç də Qarabağda yaşayan ermənilərin taleyinin həll edilməsi demək deyil: “Ermənistan, hətta Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanısa belə, təəssüf ki, bu, status məsələsini gündəmdən çıxarmayacaq. Ermənistan, Rusiya və onların tərəfdaşları onun gündəmdə qalmasına çalışacaqlar. Rusiya üçün gərginlik faktoru lazımdır, çünki öz ordusunun bölgədə uzun müddət qalmasını təmin etmək istəyir. Bunun üçün ermənilərin statusu məsələsinin uzun müddət açıq qalması Rusiyaya lazımdır. Ermənistan da, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu məsələdə israr edəcək”.


Oxunub: 176

Son xəbərlər

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

İmişlidə Başçı cinayət əməlləri törətmiş şəxsləri mühüm vəzifələrə təyin edir –ŞOK FAKTLAR

"Ukrayna danışıqları davam etdirmək istəmir" - Peskov

İrəvanda etirazlara görə metronun hərəkəti dayandırıldı

Ukraynada hərbi vəziyyət rejimi uzadılacaq

"Yenə də böyük səhv edirlər" - deputat

Mərkəzi Bank sədrinin müavini və Elmar Vəliyevin qardaşına “atan” şəxs hakim qarşısında - TƏFƏRRÜAT

Yasamalda göz görə-görə YAŞIL TERROR... - BU NƏ HOQQADIR?

GƏLİŞMƏ: Laçın Azərbaycanın nəzarətinə keçir – Sülhməramlılar yolumuzdan çəkilir?

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Sabah 30 dərəcə isti olacaq

Belarusun Baş naziri Azərbaycana gəldi

"Kişilərin 90 faizi sevdiyi qadınlara acıqdan xəyanət edirlər" - Azər Axşam

3 şəhid verən ailənin evi hələ də hazır deyil - Gəncə terrorundan 2 il keçsə də...

Jirinovskinin yerinə o təyin edildi - FOTO

"SSRİ bayrağını milli bayrağımız kimi tanımağın vaxtıdır" - Şeremet

Azərbaycan və Litva prezidentlərinin görüşü olub

Səttar Mehbalıyevin qardaşının “Nobellik” PASPORT BİZNESİ... - Dövlət 60 manat, rəis 150 manat qazanır

Xalasının evini soyan şəxs tutuldu

Ruslar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak ALIRLAR

Bu magistral yolda hərəkət məhdudlaşdırılacaq

Neft bahalaşdı

Sahibkarla əlbir olub "nəfəsimizi kəsirlər"... - VİDEO

Putinin bu ölkəyə girişinə qadağa qoyuldu

Dövlət çevrilişinə cəhddə təqsirləndirilən polkovnik həbs edildi

"WhatsApp"ın bu funksiyası dəyişdi

Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək

Bütün xəbərlər