Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qərbin Azərbaycana qərəzli münasibəti niyə dəyişmir - HƏQİQƏTƏN DƏ...

6-10-2021, 10:02

Qərbin Azərbaycana qərəzli münasibəti niyə dəyişmir - HƏQİQƏTƏN DƏ...

DogruXeber..az : - Azərbaycana münasibətdə bəzi Qərb ölkələrinin və təsisatlarının qərəzli münasibəti illər keçsə də, dəyişmir. Bu sırada bəzi Avropa ölkələri ilə yanaşı Avropa Şurası, Avropa Parlamenti, “Sərhədsiz Reportyorlar” kimi qurumlar da var.

Təəssüf ki, müharibə dövründə də bu cür münasibətlə qarşılaşdıq. Amma bu vəziyyətin müharibədən sonra da dəyişdiyini demək olmaz. Bunun səbəblərini yalnız erməni lobbisinin fəaliyyəti ilə izah etmək olmaz. Bəs o zaman anti-Azərbaycan ovqatının dəyişməməsi nə ilə bağlıdır?

“Son dövrdə biz Ermənistandan həmin ərazinin (ermənilər məskunlaşan ərazilərdən söhbət gedir-red.) statusu ilə bağlı heç bir bəyanat eşitməmişik. Əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir”.

Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı deyib. İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də maraqlı fikir işlədib: “İkinci Qarabağ müharibəsinin bitməsi o demək deyil ki, region əvvəlki vəziyyətə qayıdacaq. Heç vaxt əvvəlki vəziyyət olmayacaq. Bunu hər kəs bilməlidir”. Hər iki mesajın təkcə regional ölkələrə deyil, həm də Qərbə ünvanlandığını demək olar. Bu həm də o deməkdir ki, təkcə region ölkələr deyil, bölgədə marağı olan bütün dövlətlər Azərbaycanla, onun yaratdığı reallıqla barışmalı, bunu qəbul etməlidirlər.

YAP-çı deputat Ceyhun Məmmədov Qərb təsisatlarının qərəzli mövqeyini bu cür izah etdi: “Cənab Prezident bu məsələyə bir neçə dəfə toxunub. Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq qurumlar, bir sıra Avropa təşkilatları, Avropa Parlamenti hər zaman olduğu kimi, indi də Azərbaycana qarşı qərəzli ittihamlar səsləndiriblər. Amma biz zaman-zaman onu da müşahidə edirik ki, burada erməni lobbisinin də rolu var. Bu onların islamafob, Türkiyəfob yanaşmasından irəli gəlir. Birmənalı olaraq qərəzli mövqe sərgiləyirlər. Cənab Prezident öz mövqeyini bildirdi. Azərbaycan bölgədə yeni reallıq yaradıb. Hər kəs bu reallıqla barışmalı və bunu qəbul etməlidir. Heç kim düşünməməlidir ki, region əvvəlki vəziyyətə qarışacaq. Bunu hamı nəzərə almalıdır. Azərbaycan öz sərhədlərinə tam nəzarət edir. Bundan sonra da nəzarətini gücləndirəcək. Artıq regionda erməni faşizminə son qoyulub. Onlar məhv edilib. Avropa təşkilatları, beynəlxalq qurumlar bu reallıqları nəzərə almalı, Azərbaycanın haqlı mövqeyini dəstəkləməlidirlər. Azərbaycan gələcəyə baxmağı bacarır. Ermənistana gəldikdə isə onlar gələcəyi görmürlər. Biz bütün dağıntılara, barbarlığa, vəhşiliyə baxmayaraq, əməkdaşlığa hazırıq. Bunu Ermənistanın timsalında təəssüf ki görmürük. Qonşu, region ölkələri bunu bilməli, reallıqla barışmalıdır. Azərbaycan Gorus-Qafan yoluna nəzarəti təmin edib. İranla olan 130 kilometrdən artıq olan sərhəd tam nəzarətdədir. Azərbaycan öz hüdudlarına nəzarət edir, burada kiminsə istifadə etməsinə imkan vermir. Bundan sonra da Azərbaycan cənab Prezidentin yanaşması ilə öz qətiyyətli, prinsipial mövqeyini davam etdirəcək. Öz maraqlarımızı daim qoruyacağıq. Bu gün Azərbaycan Rusiya, Türkiyə ilə sıx əməkdaşlıq edir. Rəsmi Bakı bütün region ölkələri ilə əməkdaşlıqda maraqlıdır. Təbii ki, qarşı tərəflər də bu istəkdə olmalıdır. Əgər bundan imtina edəcəklərsə, etsinlər. Zatən Azərbaycanın belə əməkdaşlıqlara ehtiyacı yoxdur. Daha çox onların ehtiyacı var. Həmin dövlətlər də yeni reallıqlarla barışmalıdırlar. Biz güclü, müstəqil dövlətik. Öz strateji müttəfiqimizi özümüz seçirik. Heç kimə imkan verməyəcəyik ki, bizim işlərimizə burunlarını soxsunlar. Bütün dünya dövlətləri nəzərə almalıdır ki, status məsələsi bitib. Bu məsələ bir daha gündəmdə olmayacaq. Azərbaycan heç zaman müharibədən əvvəlki kimi olmayacaq”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı məsələnin ciddiyə alınmasının əleyhinədir: “Qərbin bu cür açıq qərəzli mövqeyinin nədən qaynaqlandığı bəllidir. Onların son 40 ildə Türkiyəyə qarşı sərgilədikləri mövqe də bizim öz sualımıza cavab tapmağımıza ipucu verir. Regionda Türkiyənin və Azərbaycanın güclənməsini heç bir halda qəbul etmək istəmirlər. Türkiyəni on illərdir ki, qapı arxasında saxlayırlar, Azərbaycanda isə xırda bir hadisə baş verən kimi hay-küy salırlar. Ermənistanda baş verənləri sanki görmürlər. Bütün bunlar Qərbin qərəzli siyasətinin göstəriciləridir. Bu gün də həmin siyasət davam edir. Burada məqsəd Ermənistanı müdafiə etmək deyil, Azərbaycanın qələbəsini heçə endirmək istəyidir. Siz də qeyd etdiyiniz kimi, Ermənistan rəhbərliyi özü ”status" məsələsini demək olar ki, gündəmə gətirmir, hətta Rusiya məsələyə ehtiyatla yanaşır. ABŞ və bəzi Avropa ölkələri isə özlərini “öldürürlər” ki, status müzakirə olunmalıdır. Onların mövqeyində heç bir məntiq yoxdur. Fikirlərini əsaslandırmaq üçün arqument də gətirə bilmirlər. Onların təşəbbüslərinə fikir verməməli, yeri gəldikcə arqumentsizliyini əsas gətirərək “vurmaq” lazımdır. Heç bir halda onların dediklərini ciddiyə almamalıyıq. Azərbaycanın dövlət rəhbərliyi də müşahidələrə görə təxminən bu mövqeni tutur, qulaq asır, amma ciddiyə almır. Proses bu şəkildə də davam etdirilməlidir. Prezident İlham Əliyev dəfələrlə yuxarıda qeyd etdiyiniz məsələni və digər konkret məsələləri açıqlayıb, çox vaxt konkret ünvanları göstərib ki, təkcə Ermənistan yox, onun havadarları da yeni reallıqları, Azərbaycanın aydın mövqeyini qəbul etməlidir. Bu, özünə güvənən bir dövlətin mövqeyidir, hər kəs də bu iradə ilə hesablaşmaq zorunda qalacaqdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram