Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib

Prezident İlham Əliyev 2021-ci il 2 oktyabr tarixində İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib

Hərbi cinayətlər və beynəlxalq riyakarlıq
Mina xəritələrinin Azərbaycana təhvil verilməməsi
Ermənistanın hərbi cinayətkar ölkə olmasının növbəti sübutudur

44 günlük İkinci Qarabağ müharibəsində qələbə qazanmış Azərbaycan müharibə dövründə də Ermənistanın sivil əhaliyə qarşı olan təcavüzündən təngə gəlmişdi. Onların təcavüzü isə hələ də davam edir, illərdir öz torpaqları olduğunu iddia etdikləri əraziləri minalayaraq sözlərini yalanlayırlar. 30 ildir ki, Ağdam, Füzuli və digər ərazilərdə müdafiə sədləri qurmağa çalışan, lakin müharibənin nəticəsində bütün o sədləri darmadağın olan Ermənistan bütün ərazilərimizi minalamışdılar. Ermənistan bununla maksimum insan itkisinə nail olmağı, həmçinin Azərbaycanın Qarabağda başlatdığı yenidənqurma bərpa işlərinə, xarici şirkətlərlə birgə həyata keçiriləcək meqalayihələrə süni əngəllər törətməyi qarşısına hədəf qoymuşdur.
Hər addımında ölüm saçan Ağdamın mina xəritələrinin əldə olunması böyük addım, lakin yenə də bu xəritələrin 25 faizinin doğruluğu isə Ermənistanın mənfur siyasətinin bir sübutudur.
Bununla da Hərbi Zəfərdən Diplomatik Qələbəyə doğru addımlayan Ali Baş Komandan İlham Əliyev dəfələrlə Ermənistanı gerçəklərlə razılaşmağa, mina xəritələrini doğru şəkildə təhvil verməyə çağırsa da, onlar bunu etməmişdilər. Çünki mənfurluq elə onların xislətində vardır.

Eldar Xəlilov-Sosial Xidmətlər Agentliyinin əməkdaşı



Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə
və danışıqların aparılmasına hazırdır

44 gün davam edən və ordumuzun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra regionda sülhün və təhlükəsizliyin bərpası istiqamətində dövlətimiz tərəfindən müəyyən addımlar atılmaqdadır. Azərbaycanın mövqeyi müharibədən sonra da dəyişməz olaraq qalmaqdadır. Ölkə başçısı tərəfindən qalib tərəf olaraq bölgədə sülhün qorunması və müəyyən danışıqların aparılmasına hazır olduğumuz dəfələrlə bəyan edilmiş, bu istiqamətdə səylərin göstəriləcəyi dəfələrlə vurğulanmışdır. Lakin, bütün bu təşəbbüslərə Ermənistan tərəfi hələ də müsbət cavab verməmişdir.
Təəssüflər olsun ki, düşmən qüvvələr tərəfindən revanşizm cəhdləri, əzəli və əbədi Azərbaycan torpaqlarının yenidən ələ keçirmək kimi planlar hazırlaması kimi səyləri onların mənfur, qəsbkar bir xislətə malik olduğunun göstəricisidir. Ancaq, unudurlar ki, belə bir addım atılacağı təqdirdə dəmir yumruğu yenidən başları üstündə görəcəklər.
Bu dəmir yumruğun dadını görənlər bir daha Azərbaycana xain gözlə baxıb, bizdən torpaq və status uma bilməyəcəklər. Buna cürət edə bilməyəcəklər.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini



Vətən müharibəsində qazandığımız Qələbə regionda yeni reallıqlar yaradıb

30 illik danışıqlar prosesi ərzində Azərbaycan yalnız konstruktiv mövqedən çıxış etmişdir. Münaqişə öz həllini tapdıqdan sonra, artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil.Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.
Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkün deyil.
Cənubi Qafqazın üç dövləti arasında və onların qonşuları ilə fəal regional əməkdaşlıq sülhü və dayanaqlı inkişafı təmin edə bilər. Ermənistan bu məsələdə yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Əgər region ölkələri arasında bu cür əməkdaşlıq formatı yaransa, yeni təhdidlərin qarşısı alınacaqdır. Bu platforma regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək.
Vətən müharibəsində qazandığımız Qələbə regionda yeni reallıqlar yaradıb. Bu gün Azərbaycana olan maraq olduqca böyükdür. Dövlət başçımız cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu və iqtisadi gücü daha da artmışdır. Azərbaycanın hərbi qüdrətinin təsdiqi olan Qələbəmiz isə dövlətimizin qüvvəsini, eləcə də ölkəmizdə olan xalq-ordu-rəhbər vəhdətinin möhkəmliyini bir daha sübut etdi.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri



Bu gün Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır

Azərbaycan təbii qazını Avropaya ixrac etməyə ötən ilin son günü – dekabrın 31-də başladı. Həmin vaxtdan etibarən ixrac profili artmaqdadır. Azərbaycan 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıkimi çıxış edir. Ölkəmizin təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu cür qaz ehtiyatları öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsi aparılır. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Gələcəkdə təchizat coğrafiyası Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirilə bilər.
Artıq işğaldan azad edilmiş ərazilərdə geniş bərpa- quruculuq və tikinti işləri aparılır.Təbiidir ki, bu işlərin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir. Görülən işlərin miqyası və sürəti qəti əminlik yaradır ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur gülüstana çevriləcəkdir.
Ərazilərin qısa müddət ərzində bərpa olunması kimi mühüm məsələlərdə beynəlxalq təşkilatların fəallığı və obyektiv mövqeyi böyük rol oynayır. Mina xəritələri kimi mövzular Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi.Azərbaycan bu cür təşəbbüsləri dəstəkləyir. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru



Azad edilmiş ərazilərdə aparılan bərpa işlərində də qardaş Türkiyə dövlətinin nüfuzlu şirkətləri başlıca rol oynayırlar

Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayır. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər.Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.
Azad edilmiş ərazilərdə aparılan bərpa işlərində də qardaş Türkiyə dövlətinin nüfuzlu şirkətləri başlıca rol oynayırlar. Digər ərazilərimiz kimi işğaldan azad edilmiş Füzuli rayonunda da hazırda iri infrastruktur layihələrin həyata keçirilməsi uğurla davam etməkdədir. İşğaldan azad ediləndə bayraq taxmağa salamat bir bina tapılmayan Füzuli şəhərində artıq Beynəlxalq Hava Limanı inşa olunub. Hal-hazırda yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun çəkilməsi nəzərdə tutulur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və Zəngəzur dəhlizinin açılması gələcəkdə ölkəmizin regional və beynəlxalq strateji əhəmiyyətini daha da artıracaqdır.
Bizlərə sonsuz Qələbə sevinci bəxş etdiyinə və görülən bütün bu işlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru





Birgəyaşayış regionun qaçılmaz gələcəyidir

Ölkədəki vəziyyəti sabit saxlamaq, davamlı inkişafı nəzarət altında tutmaq, dayanıqlı inkişafı təmin etmək üçün müxtəlif prinsiplər əsas tutulur. Azərbaycan 44 günlük müharibədə təkcə Ermənistana deyil, bütün dünyaya həm ölkədə dövlətçilik prinsiplərini, həm də sülh tərəfdarı bir ölkə olduğunu göstərdi. Müharibənin başladığı ilk gündən Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə müraciət edərək bildirdi ki, ordularını geri çəksələr, ərazidə birgəyaşayış təmin olunacaq. Hazırda isə İlham Əliyev ilk günkü fikrinin üstündə duraraq əsas prinsip kimi birgəyaşayış prinsipini rəhbər tutur.
Hazırda əsas tutulan prinsip birgəyaşayış prinsipidir. Prinsipin başlıca məqsədi isə sülh şəraitində yaşamanı tam şəkildə təmin etməkdir. Müharibənin bitməsinin qısa bir zaman kəsiyini əhatə etməsinə baxmayaraq, ilk gündən davamlı sülhün təmin edilməsi yolunda gedən danışıqlar hələ davam etməkdədir. Sülhün bağlanması müharibə riskinin sıfıra enməsi deməkdir. Hal-hazırda hər iki dövlətin rəsmi şəxsləri sülhlə bağlı danışıqlara davam edir. Müharibənin son günündən davam edən bu danışıqlar artıq öz təsirini göstərməyə başlamışdır. Sülhün bağlaması ilə əlaqədar davam edən bu danışıqlar rəsmi şəxslər arasında həm rəsmi formada, açıq şəkildə, həm də qeyri-rəsmi danışıqlar formatında davam etməkdədir. Danışıqlar müsbət yöndə davam edir. Və bütün danışıqlar birgəyaşayışı əsas tutmaqda dayanıqlı inkişafı təmin etmək məqsədi daşıyır.

Zeynalov Səlim – Dəkkoba kənd tam orta məktəbinin direktoru



Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır

Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev demişdir “Davamlı sülhə nail olmaq qarşımızda duran prioritet vəzifədir”. Biz münaqişəni hərbi yolla həll etmək istəsəydik 30 il gözləməzdik. Bu illər ərzində çox danışıqlar aparıldı ki, regionda sülh bərqərar edilsin, lakin Ermənistan rəhbərliyi hər danışıqlarda sülhdən boyun qaçırır və davamlı olaraq Azərbaycan sərhədində təxribat törədirdi. Azərbaycan ordusu hər zaman Ermənistanın təxribatına adekvat cavab vermişdir. Cənab İlham Əliyev bildirib ki, yalnız imzalanmış 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə sülhə nail olmaq olar. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır. İmzalanmış bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq. Azərbaycan-Türkiyə qardaşlığı da 44 günlük Vətən müharibəsində özünü bir daha sübuta yetirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir.
Dünya tarixi həqiqətləri bilməlidir. Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Azərbaycan bu müharibədə tarixi qələbə qazanıb, işğalçıları torpaqlarımızdan qovub. Dövlət başçımızın siyasəti nəticəsində regionun ən nüfuzlu və sülhü bərqərar edən ölkəsinə çevrilmişik.

Günay İmanova– Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri



Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır

Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutub. Demək olar ki, bütün beynəlxalq təşkilatlarda təmsil olunur. Qlobal əhəmiyyətli tədbirlərdə yaxından iştirak edir. Avropanın enerji təhlükəsizliyinə uzun illərdir töhfə verir. Böyük iqtisadi layihələrdə tərəfdaş kimi çıxış edir. Azərbaycan dünyanın elə bir ölkəsi yoxdur ki, onunla əlaqələr qurmasın, əməkdaşlıq etməsin. Bu əməkdaşlıq böyük miqyaslı və geniş şaxəlidir. Ölkəmiz xarici siyasətində dünya dövlətləri ilə əməkdaşlığını qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdirir. Müxtəlif platformalarda reallaşan əməkdaşlıqda milli mənafelər öndə dayanır.
Bundan başqa, ən önəmlisi coğrafi yaxınlıq olan dövlətlərlə normal əlaqələrin qurulmasıdır ki, Azərbaycan öz qonşuları ilə dostluq və mehriban qonşuluq şəraitində yaşayır. Prezident cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurqulayıb ki, beynəlxalq məsələlərdə dövlətin prioritetləri yalnız milli maraqlarla müəyyən olunur və Azərbaycan heç bir ölkə ilə hər hansı problem yaşamır. Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi. Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.

Elvin Məmmədov – Şıxbağı kənd tam orta məktəbin müəllimi



Ərazilər minalardan təmizlənməlidir – insanların həyatını təhlükə altında qoya bilmərik

Məlum olduğu kimi, müharibənin bitməsindən sonra qalib ölkə olaraq Azərbaycanın öhdəliyinə düşən ən mühüm məsələ işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Əlbəttə, II Qarabağ savaşının ardından ortaya çıxan, işğaldan azad edilmiş ərazilərdəki mövcud mənzərə çox pis idi. Burada infrastruktur tamamilə məhv edilib, binalar sökülüb. Postmüharibə dövrünün başlaması ilə həmin ərazilərdə Azərbaycan vətəndaşlarının normal yaşayışını bərpa etmək üçün intensiv işlər başlanıb və bu gün də sürətlə davam etdirilir. Bu mənada qarşımızdakı yeganə əngəl ərazilərin pərakəndə şəkildə minalanmasıdır. Təbii ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri aparılmalı, təhlükəsizlik təmin edilməlidir. Vaxt itirilmədən respublikamızda minatəmizləmə əməliyyatları üzrə milli standartlar müəyyən edildi. Bu prosesin dünya standartlarında həyata keçirilməsi üçün lazımi tədbirlər görülür. Çünki bizim azad edilmiş ərazilərdə olan minalanmanın həcmi bəlkə də dünya miqyasında ən böyük dərəcələrdən biridir.
Bundan əlavə, azad edilmiş ərazilərimizdə kifayət qədər partlamamış silah-sursat da var. Torpaqları minalardan təmizləmək də olduqca böyük zəhmət tələb edən işdir. Prezidentimiz cənab İlham Əliyev müharibədən sonrakı çıxışında qeyd etmişdi ki, ərazilərdəki minatəmizləmə əməliyyatlarına ən müasir texnologiyanın cəlb edilməsi üçün artıq müvafiq addımlar atılıb. Həmçinin peyklərdən istifadə edilməsi burada həlledici məqamlardan biridir. Bildiyiniz kimi, peyk görüntüləri ölkəmizə əlavə imkanlar yaradır ki, biz bu imkanların müharibə vaxtı da şahidi olmuşuq.

Nağıyev Abbas –Dəli Quşçu kənd sakini, ağsaqqal



Mina xəritələrinin Azərbaycana təhvil verilməməsi Ermənistanın hərbi cinayətkar ölkə olmasının növbəti sübutudur

Azərbaycan müharibənin ardından siyasi arenada haqqı olanı tələb etdi. Bu gün Ermənistan uzun müddət ayaq dirədiyi, verməkdən boyun qaçırdığı mina xəritələrini təhvil verirsə, bu, onların beynəlxalq aləmdə ciddi şəkildə sıxışdırıldıqlarını göstərir. Bunun nəticəsidir ki, onlar ard-arda bu ərazilərin xəritələrini verməyə məcbur olurlar. Məlum olduğu kimi, Azərbaycan işğaldan azad olunan ərazilərində törədilən vəhşiliklərə görə təzminat ödənilməsi üçün beynəlxalq məhkəmələrə müraciət edib. Mina xəritələrinin verilməməsi isə Ermənistanın boynuna düşən təzminatın daha da ağırlaşması deməkdir. Beynəlxalq konvensiyalara nəzər saldıqda görə bilərik ki, minaların basdırılması qanunsuz həyata keçirilib. Bu, azmış kimi, mənfur düşmən hətta əraziləri tərk etdikdən sonra da burada mina basdırmaq üçün cəhdlər edirdi. İndiki mərhələdə ermənilər tərəfindən geri atılan addım isə Azərbaycanın siyasi arenadakı qələbəsinin məntiqi davamıdır.
Bu ərazilərdə minalanmış sahələrin olması, sadəcə, Azərbaycan vətəndaşları üçün deyil, eyni zamanda, bölgədə xidmət edən sülhməramlı qüvvələrə də təhlükədir. Ümumiyyətlə, bu, hər kəs üçün fəsad törədir. Ümid edirik ki, işğalçı dövlət mənfur əməllərini bir kənara qoyub, tezliklə ərazilərimizə aid bütün mina xəritələrini ölkəmizə təhvil verəcək.

Rauf Məlikov –Zərdab peşə liseynin direktoru





Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır

Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Müharibənin bu mərhələsi tariximizə qızıl həriflərlə yazıldı. Azərbaycan Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.
Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.
30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Ali Baş Komandanımız yeni reallıq yaratdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.
Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir.
Bu gün Azərbaycan istər diplomatik, istər iqtisadi, istər hərbi cəhətdən qüdrətli ölkədir. Ermənistan artıq başa düşməlidir ki, Azərbaycanın şərtlərini qəbul etməyə məcburdur. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub və bundan sonra da olacaqdır. Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Cənab Prezident İlham Əliyevin diplomatik səriştəsi, liderlik keyfiyyətləri məsələni kökündən həll etdi. Artıq Qarabağa heç bir status verilmir. Qarabağın rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Artıq Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək.
Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, dəmir yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru



Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır

İkinci Qarabağ müharibəsinin başlamasından artıq bir il ötür. Qazandığımız zəfər Azərbaycan xalqının əzminin, iradəsinin və xalqın Ali Baş Komandanına inamının bariz nümunəsidir. Bu zəfərlə biz illərdir tətbiq olunmayan qətnamələri gerçəkləşdirdik. Xüsusilə də, dəfələrlə sülh yolu ilə işğal altında olan torpaqlarımızı geri almaq istədiyimizi bildirsək də, işğalçı dövlət öz mənfur siyasətindən üz döndərmir, biz isə bizə qarşı edilənləri cavabsız qoya bilmirdik. Artıq edilmiş təcavüz sona çatmali idi. Və biz bunu bacardıq. Haqqı, ədaləti öz gücümüzlə bərpa etdik.
Müharibədə qələbə çaldıqdan sonra da ermənilər hələ də Qarabağın onların olduğunu deyir, gerçəkləri qəbul etməyə çalışmırlar. Bizim olanı, illər öncə əlimizdən alınanı geri qaytardıq. Bu elə-belə olmadı, biz bunu “dəmir yumruğumuz”la bacardıq. Artıq onsuz da olmayan `Dağlıq Qarabağ` adının çəkilməsi də mənasız və boşdur.
Hətta biz müharibədən sonra dəfələrlə sülhün tərəfdarı olduğumuzu bildirmiş, qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazır olduğumuzu qeyd etmişik. Ancaq ki, hələ də Ermənistan tərəfindən müsbət cavab gəlməmişdir. Bu isə onların yanlış, mənfi və acınacaqlı siyasətlərinin bir parçası, onların gerçək düşüncələrinin, faşizm düşüncəli olduqlarının nümunəsidir.

Vəfa Xəlilli – “Gəncliyə Dəstək” İB-nin sədri


Oxunub: 227

Son xəbərlər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Bütün xəbərlər