Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Abşeronda şəhidlərimizin il mərasimi keçirildi

8-10-2021, 15:53

Abşeronda şəhidlərimizin il mərasimi keçirildi

DogruXeber.az:- Bu gün Abşeron rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadulla oğlunun və şəhid əsgər Məmmədov Tərlan Müşfiq oğlunun il mərasimi keçirilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən 2 igid şəhidimizin il mərasimi ilə əlaqədar rayonun Xırdalan şəhərində və Saray qəsəbəsində çadırlar qurulub. İl mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin məzarlanı ziyarət edib, önlərinə tər çiçəklər düzüblər.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhidlərimizin yaşadıqları ünvanlara gedilərək il mərasimində iştirak ediblər. İgidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.

RİH başçısı İ.Gülməmmədova və millət vəkili Şahin Seyidzadə şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıblar.

Allah bütün şəhidlərimizi rəhmət eləsin.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram