“Barıt çəlləyi” üstündəki İran: gah yumşalır, gah təhdid edir - NƏ BAŞ VERİR?

DogruXeber.az: - Aylardır ki, müdirsiz qalan Abşeron Təhsil şöbəsinə rəhbərlik etmək üçün müxtəlif şəxslər hərəkətə keçiblər. Yaxın-uzaq əlaqələrindən istifadə edərək müdir olmaq istəyənlər arasında Abşeron təhsilində “silinməz izləri” olan bir nəfər xüsusilə fərqlənir. Rayon təhsil işçilərinin “qorxulu yuxusu” olan Sevil Əliyevanın bu posta iddiaçı olması məktəb direktorları və müəllimlər arasında əməlli-başlı təlaşa səbəb olub. Çünki onlar Sevil Əliyevanın şöbədə metodistliyindən o qədər zülm yaşayıblar ki, onun müdir olandan sonra yaşananları heç təsəvvür belə etmək istəmirlər. Necə deyərlər, görünən dağa bəldədçi lazım deyil.
Öncə ondan başlayaq ki, S.Əliyevanı bu vəzifəyə təsdiq etdirmək istəyən şəxs hələ də Azərbaycan təhsilinə “məhəbbəti” ölməyən Məhəbbət Vəliyevadır. Öz kadrlarını direktor təyin etdirməklə paytaxtın təhsil sistemini tamamilə nəzarətdə saxlayan bu xanım görünür indi də Abşeron təhsilini gözaltı edib. Onun bütün “kriteriyalarına” cavab verən S.Əliyevanın təyinatı üçün hərəkətə keçən M.Vəliyeva istəyini reallaşdıra bilsə Abşeronda təhsil tragikomediyasının yaşanacağı şübhəsizdir.
Kimdir Sevil Əliyeva və onun Abşeron təhsilində silinməyən izləri hansılardır?
Bircə gün də olsun müəllim kimi əlinə jurnal alıb sinifə girməyən, uşaq baxçasında musiqi dərnək rəhbəri olan S.Əliyeva birdən birə Abşeron Təhsil Şöbəsində ibtidai siniflər üzrə metodist vəzifəsinə gətirilir. Pedaqogikadan heç bir xəbəri olmayan bu şəxsin metodist kimi əməllərinə baxdıqda onun məhz hansı keyfiyyətlərinə görə metodist təyin olunduğu aydın olur. S.Əliyevanın hər hansı məktəbə gəlişi kollektiv üçün mütləq qanqaraçılıq və yağmalama ilə başa çatırdı. Düşünməyin ki, o tədris prosesində hər hansı nöqsanlar tapar və aradan qaldırılması üçün çaılaşardı. Əsla. S.Əliyevanın metodist kimi “ xüsusi metodlarına” nəzər yetirdikdə sadəcə dəhşətə gəlirsən. Belə birisinin təhsil şöbəsində necə at oynatdığına heç cür haqq qazandırmaq olmur.
Təsəvvür edin ki, sinif jurnallarını yoxlayan S.Əliyeva jurnala yazılan həftə arası günləri qaralayaraq bazar və bayram günlərinə uyğun gələn tarixlər yazmaqla “ÇP” çıxardır və bu yolla direktorları və müəllimlərin gününü göy əskiyə bükürdü.
Yaxud şagirdlərin şəxsi işlərini yoxlayarkən müxtəlif sənədlər yoxa çıxırdı. Yenə də məktəb rəhbərliyi, sinif rəhbərləri günahlarını yumalı olurdular. Sonradan yoxa çıxan sənədlər məhz S.Əliyevanın kabinetindən tapılardı.
Metodist olduğu zamanlar birinci siniflərə qəbul zamanı S.Əliyevanın kabinetinin önündə həmiş uzun növbələr yaranıb. Çünki bu proses sırf onun nəzarətində olub və toplanan vəsait onun kassasında cəmləşir.
İndi düşünün ki, belə bir xarakterə, metoda malik olan birisi Təhsil Şöbəsinə müdir gəlmək arzusundadır. Metodist olarkən jurnalları qaralayan birisinin müdir olandan sonra bütün rayon təhsilinin üstündən qara xətt çəkəcəyi şübhəsizdir.Verilən məlumatlarda bildirilir ki, S.Əliyeva zamanında Abşeron təhsil şöbəsinə rəhbərlik etmiş Nadir Ağayevin, Kamran müəllimin dövründə onların “görən gözü, vuran əli” olub. Mənbə bildirir ki, Kamran müəllimin müdirliyi dövründə Abşeron məktəblərində hər müəllimdən 100 manat yığılmasına isə şəxsən rəhbərlik edib.
Hal-hazırda həm də Güzdək məktəbində direktor vəzifəsini icra edən S.Əliyeva eyni əməllərini burda da davam etdirir. Məktəbdə el diliylə desək “ölü canlar” saxlamaqla hər ay dövlətin bir xeyli vəsaitini ələ keçirən S.Əliyeva rəhbərlik etdiyi kollektivdə də ciddi narazılıqlar formalaşdırıb. Məktəbdə ingilis dili müəlliməsi Bahar Nəcəfovanın, texnologiya müəlliməsi Sevda Əmirovanın adına hər ay maaş yazılsa da onları görən olmayıb. Texniki işçilər arasında da ən azı 2-3 nəfər belə kartı direktorda olan əməkdaş var.
Gördüyünüz kimi heç bir pedaqoji əxlaqa, qanuna sığmayan əməllər sahibi olan birisi indi də bütöv bir rayon təhsilinə rəhbərlik etmək üçün hərəkətə keçib. Onu bu işdə dəstəkləyən isə vəzifədən uzaqlaşdırılsa da təhsil sistemindən əl çəkməyən, müxtəlif intriqalar, metodlarla öz mövqelərini qoruyub saxlayan M.Vəliyevadır. M.Vəliyevanın kadrlarının əməlləri barəsində mediada kifayət qədər məlumatlar verilir. İndi isə məktəbləri ələ keçirməklə kifayətlənməyən xanım Vəliyeva Abşeron təhsilini nəzarətə götürməyə can atır. Bu dəfəki namizədi isə Abşeron təhsili üçün real təhlükədir. Vəliyeva-Əliyeva ittifaqı baş tutarsa Abşeronda nələrin olacağını sadəcə təsəvvür etmək istəmirsən. Yəqin ki, Təhsil nazirliyi Abşeron təhsilini iki nəfərin bitməz-tükənməz ambisiyalarına qurban verməz. Rubrika.Az


Oxunub: 312

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

Rusiya ordusu müharibə başlayandan bəri rekord sayda fərariliklə üzləşir - Kəşfiyyat

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu

"Simonyan bütün qırmızı xətləri keçib" - Rusiya Federal Şurası

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Yamayka Fələstini dövlət olaraq tanıyıb

Bu ölkə əcnəbiləri də səfərbər edəcək

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

AMEA-da yeni şöbələr yaradıldı — Kadr təyinatları oldu

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bu şadlıq sarayları cərimə edildi

Bütün xəbərlər