Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Meyxanalar Qızıl Fondda da qalacaq, ürəklərdə də"

11-10-2021, 14:35

"Meyxanalar Qızıl Fondda da qalacaq, ürəklərdə də"

DogruXeber.az: - Müğənni Samirə Yusifqızının “Meyxanalar Qızıl Fondda qalmayacaq” ifadəsi ətrafında müzakirə səngimək bilmir. Samirənin bu sözləri meyxana aləmində səs-küyə səbəb olub.

Yenicag.az-a açıqlama verən tanınmış meyxana ifaçısı Ağamirzə bu fikirlə razılaşmadığını bildirib:

“Samirə xanımın bu fikri ilə yüz faiz razı deyiləm. Əgər Samirə xanım meyxanadan yavaş-yavaş uzaqlaşmaq istəyirsə və özünü müğənnilikdə daha çox görmək istəyirsə, seçim özünündür, heç bir problem yoxdur, özü bilər. Amma meyxanalar Qızıl fondda olub, yenə olacaq. Meyxanalar Qızıl Fondda da qalacaq, ürəklərdə də. Meyxanalar gələcək nəslə də ötürüləcək. Ağasəlim Çıldağ, Nizami Rəmzi, Molla Məhəmməd, Vahidin meyxanaları indi də ürəklərdə yaşayır”.

Qeyd edək ki, Samirə Yusifqızı saytımıza açıqlamasında meyxana ilə bağlı qalmaqallı fikir səsləndirib:

“Çalışıram, meyxananın dalınca çox qaçmayım, çünki ali təhsilli müğənniyəm. Elə bilirəm, belə olan halda oxuduğum illəri yelə verirəm, təhsil aldığım Konservatoriyaya xəyanət edirəm. Oxuduğum mahnıların çoxu Qızıl fondda saxlanılır, amma o meyxanalar Qızıl Fondda qalmayacaq”,






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram