Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Yeni büdcədə neftin qiyməti artırılacaq” - Bazarda bahalaşma

12-10-2021, 14:56

“Yeni büdcədə neftin qiyməti artırılacaq” - Bazarda bahalaşma

DogruXeber.az: - Koronavirusa qarşı peyvənd tapılandan, 2020-ci ilin noyabr-dekabr dövründən bu yana bahalaşır.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 0,19% artaraq 1 barelə görə 83,81 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,12% artaraq 80,62 dollar təşkil edib.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,3% artaraq 85,89 dollar təşkil edib.

Qeyd edək ki, dünya bazarında neftin qiyməti hər gün bahalaşmaqda davam edir. Ölkəmizdə ötən ilin dövlət büdcəsində neftin qiyməti 40 dollardan yuxarı götürülmüşdü. Yeni ildə dövlət büdcəsində bu rəqəmdə dəyişiklik gözlənilirmi?

Millət vəkili Azər Badamov Cebhe.info-ya açıqlamasında bildirdi ki, dünya bazarlarında neftin qiyməti artmaqda davam edir və bu artımın səbəbini dünyada qlobal pandemiyanın səngiməsi nəticəsində ölkələrarası nəqliyat sektorunun canlanması, məhdudiyyətlər tətbiq olunmuş sənaye sahələrinin yenidən fəaliyyətlərinin bərpası ilə bağlı olduğunu hesab edirəm:

“Neftin qiymətinin artması neft istehsalçıları üçün çox əhəmiyyətlidir. O cümlədən Azərbaycan neftinin qiyməti də artaraq 85,89 dollar səviyyəsinə qalxıb. Təbii ki, neftin və qazın qiymətinin dünya bazarlarında artması dövlət büdcəmizə gələn gəlirlərin həcmini də artırır. Bu gün dövlətimiz işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işləri həyata keçirir. Büdcə gəlirlərimizin artması icra olunan layihələrimizin daha sürətlə həyata keçirilməsinə imkan verəcək. Neft qiymətinin dünya bazarlarında artması həm də dövlət büdcəsində neftin qiymətinə yenidən baxılmasını da zəruri edir. Düşünürəm ki, 2022-ci ilin dövlət büdcəsində neftin qiyməti 2021-ci ildən daha yüksək nəzərdə tutulacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram