Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Direktoru öldürən mühasiblə bağlı YENİ FAKTLAR: - Əvvəllər...

12-10-2021, 14:58

Direktoru öldürən mühasiblə bağlı YENİ FAKTLAR: - Əvvəllər...

DogruXeber.az: - Bir neçə gün əvvəl Goranboyda direktoru öldürən mühasiblə bağlı yeni faktlar məlum olub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, oktyabrın 8-də Goranboyda Kənd Təsərrüfatı Nazirliyinin Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 64 yaşlı Ziyad Əhmədovu bıçaqla qətlə yetirən 29 yaşlı Mirhadı Bağırov əvvəllər də müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilibmiş.

Belə ki, hələ 5 il əvvəldən rayonda cinayətə meylli şəxs kimi tanınıb. Elə bu səbəbdən də bir neçə dəfə polis orqanlarına gətirilərək onunla profilaktiki iş aparılıb, xəbərdarlıqlar edilib. Lakin bütün bunlara baxmayaraq M.Bağırov 2019-cu ildə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 10 qrama yaxın narkotik vasitə olan heroin götürülüb. Həmin vaxt faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə cinayət işi başlanıb və M.Bağırov həbs edilibmiş.

Qeyd edək ki, oktyabrın 8-də Goranboyda Kənd Təsərrüfatı Nazirliyinin Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 64 yaşlı Ziyad Əhmədov müsahibi Mirhadi Bağırov tərəfindən qətlə yetirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram