Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Buralarda HƏKİM YETİŞDİRİRİK... - İTTİHAM

12-10-2021, 16:20

Buralarda HƏKİM YETİŞDİRİRİK... - İTTİHAM

DogruXeber.az: - Sağ ayaq əvəzinə sol ayağı kəsən, yaxud kor bağırsağın yerinə nazik bağırsağı kəsən Azərbaycan səhiyyəsinin durumundan danışmağa ehtiyac yoxdur.
Təkcə bir faktı qeyd edək ki, qarnı ağrıyanın da imkanı varsa, xarici ölkəyə üz tutur. Bura ancaq imkansız insanların səhiyyəsidir.
Səhiyyəmizin bu gündə olmasının əsas səbəblərindən biri də Azərbaycan Tibb Universitetidir. Çünki həkimləri hazırlayan qurum ATU-dur. Deməli məsuliyyəti də bu ali məktəb daşıyır.
Bir neçə il əvvəl, daha dəqiq desək, 2016-cı ildə ATU-ya cavan bir şəxs, Gəray Gəraybəyli rektor təyin olunanda hamı düşündü ki, səhiyyəmizdə müsbət dəyişikliklər olacaq.
Ancaq təəssüf ki, belə olmadı.
İnsaf naminə qeyd edək ki, Gəraybəylinin maraqlı ömür yolu var.
Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci ildə Bakı şəhərində doğulub.1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə ATU-ya daxil olub. 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudır. 2016-cı ildən rektordur.
Özünüz də gördünüz ki, normal və maraqlı bir ömür yoludur.
Bəs, görəsən, nə üçün bu alim rektor təyin olunan kimi “buynuzunu” çıxartdı.
Bu təhsil ocağının kollektivi öz rektorlarından nələr yazmırlar. Adam dəhşətə gəlir.
Deyirlər ki, bu adam rektor təyin olunan kimi dostlarını, yaxın adamlarını başına yığıb “rüşvət və korrupsiya” şəbəkəsi yaradıb.
Baş mühasibi işdən çıxarıb, öz dostunu götürüb.
Universitetin təsərrüfat işlərinə baxan şəxs də rektorun qohumudur. Bir sözlə, cənab rektor öz qohumlarına vəzifə paylamaqla məşğuldur.
Ən dəhşətlisi odur ki, rektor şəriştəli şəxsləri çıxarıb heç bir təcrübəsi olmayan dostlarını vəzifəyə təyin edir.
Məqsəd aydındır. Maliyyə məsələlərini öz əlində cəmləşdirmək və büdcədən ayrılan vəsaitləri mənimsəmək.
Onu da qeyd edək ki, ATU-nun aylıq və illik büdcəsi kifayət qədərdir və burada hər şey “qara mühasibatlıq” üzərində aparılır.
Ən maraqlısı odur ki, rektor tədris klinikalarının hamısını öz yaxınlarına tapşırıb.
Məlumat üçün qeyd edək ki, ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezdentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarına cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib.
Yəni bütün şəraiti dövlət yaradıb.
Bu klinikalarda təkcə həkim məsləhətinə görə dövlət xəzinəsinə 50 manat ödənilir. Amma vətəndaşlara verilən qəbzlər isə sadəcə printerdən çıxıb. Kassada çalışanların heç biri rəsmi ştatda oturmayıb, hamısı maaşı qeyri-rəsmi alır.
Hətta xəstələrin köçürdüyü xeyli miqdarda pullar da saxta qəbzlərlə verilir və milyonlarla pul dövlət büdcəsindən yayındırılır.
ATU-nun tabeçiliyində olan Onkoloji klinika da büdcədən maliyyələşdiyi halda, burada göstərilən tibbi xidmət, müayinə və müalicə prosedurları pul alınmadan həyata keçirilmir. Hətta ölümə məhkum olunmuş onkoloji xəstələrin mütəmadi qəbul etdiyi kimyəvi-terapiya tədbirləri də 500-600 AZN-ə başa gəlir.
Bütün bunlar kiməsə “jurnalist yaradıcılığı” kimi təsir bağışlaya bilər.
Gəlin indi rəsmi qurum olan Hesablama Palatasının ATU-da apardığı yoxlamanın nəticələrinə nəzər salaq.
Bəlli olur ki, xəzinəyə pul ödəyərkən, dövlət tərəfindən təsdiq olunmuş nömrəli ciddi hesabat blankı, mədaxil qəbzi deyil, printerdən çıxmış sadə kağız parçası vəsait ödəyən şəxsə verilir. Heç bir hüquqi qüvvəyə malik olmayan bu kağız parçaları adi kompyuter proqramı vasitəsilə hazırlanaraq çap edilir. Bu da ATU-nun rəhbərliyi və mühasibatlığı tərəfindən çirkli pulların axınını nəzarətdə saxlamaq üçün düşünülmüş bir cinayət əməlidir.
Gəray Gəraybəylinin rektoru olduğu Azərbaycan Tibb Universitetində 2016-2017-ci illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı ortaya ciddi faktlar çıxıb.
Universitetdə heç bir əhəmiyyəti olmayan ştatlar saxlanıb və maaşlar ödənilib.
Hesablama Palatasının kollegiyası öz qərarını Səhiyyə Nazirliyinə və Milli Məclisə göndərib.
Məlumatlı mənbə bildirir ki, ATU-da yayındırılan vəsait Hesablama Palatasının göstərdiyi rəqəmdən ən azı 50 dəfə böyükdür.
Təkcə bir faktı qeyd edək ki, ATU-nun klinikalarında bir paket qan 100 manata satılır. Bunun haqq-hesabını ancaq rektor bilir.
Sözün qısası, Hüsablama Palatası gəldi-getdi, yazdı-pozdu, Milli Məclisə göndərdi. Amma ortada nəticə olmadı.
Bax, bu da bizim səhiyyənin qara günü. Nə qədər ki, qara mühasibatlıq var, səhiyyəmiz ağ günə çıxa builməz. //gundelik-baku.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram