Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Kimin xoşuna gəlməsə də, İsrail Azərbaycanın tərəfdaşı olaraq qalacaq” - FAKT BUDUR!

12-10-2021, 16:22

“Kimin xoşuna gəlməsə də, İsrail Azərbaycanın tərəfdaşı olaraq qalacaq” - FAKT BUDUR!

DogruXeber.az: - “İran diplomatları və hərbi-siyasi dairələrində təmsil olunan şəxslər özlərinin mətbuata verdikləri açıqlamalarla komromis imkanlarını daha da azaldırlar”.
Bu sözləri Bizimyol.info saytına politoloq Tofiq Abbasov son günlər İran-Azərbaycan münasibətlərində yaşanan gərginliyi şərh edərkən bildirib.

O qeyd edib ki, dövlətlər arasında münasibətlər təsadüfi qurulmur.

“İstənilən dövlətin vəzifəli şəxsləri xarici siyasətdə müəyyən konturları müəyyən edir və bu istiqamətdə də öz münasibətlərini qururlar. Azərbaycan İranla daim mehriban qonşuluq münasibətləri qurmağa çalışıb, indi isə Ermənistanla münasibətləri yaxşılaşdırmağa çalışır. Çünki biz bu ölkələrlə qonşuyuq və həm də yetərincə həssas bölgədə yerləşirik. Bu xalqlar bir-birilə ortaq xətt və kompromis tapmağa məhkumdurlar”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, artıq Ermənistanın hakim dairələri də anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan savayı, Ermənistan xalqını iqtisadi böhrandan və sosial problemlərdən xilas etməyin yolu yoxdur. İran rəhbərliyinə yeni keçən şəxslər də anlamalıdır ki, İran turbulent bir zonada yerləşir və Azərbaycanla münasibətləri gərginləşdirmək qətiyyən onun maraqlarına uyğun deyil. Son zamanlar İranın istər diplomatik, istərsə də hərbi dairələrində yer alan şəxslər mətbuata verdikləri açıqlamalarla durumu daha gərginləşdirir, sanki bilərəkdən bütün kompromis imkanlarının üstündən xətt çəkməyə çalışırlar”.

T.Abbasov vurğulayıb ki, İranın xarici işlər naziri Əmir Abdullahian Bakıya səfər edəcəyini bildirəndə, bir çoxlarında bu gərginliyin tezliklə bitəcəyinə ümid yaranmışdı.

“Lakin Moskva səfərindən sonra Abdullahian yenə də Azərbaycanla bağlı məsuliyyətsiz açıqlamalar verdi. Əvvəla, Azərbaycan İrana hansısa söz veribsə, deməli, hansısa səhvini etiraf edib. Sual yaranır: Azərbaycan nə edib ki? İsraillə əl-ələ verərək, İrana qarşı hansısa koalisiya qurub? Yox, Azərbaycan İsraillə münasibətlər yaradaraq, öz ordusunun müdafiə potensialını yüksəltməyə çalışıb. Kimin xoşuna gəlməsə də, İsrail hələ uzun illər Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq. İsrail cəmiyyətində də Azərbaycana qarşı isti münasibət var. Çünki onlar Azərbaycandakı tolerantlıqdan, yəhudi icmasının asayiş içində yaşamasından xəbərdardırlar”, - deyə politoloq söyləyib.

Tofiq Abbasov xatırladıb ki, əsas gərginlik səbəbi İrana aid yük maşınlarının qanunsuz şəkildə Xankəndiyə getməsi olub: “Bu barədə fotofaktlar da var və onlar tam orijinaldır, fakt olduğu inkar edilə bilməz. Azərbaycanın isə İrandan gözlədiyi sadəcə bu idi: separatçıların dəstəklənməsinə son qoyulsun və münasibətlərdə səmimi, şəffaf bir mərhələ açılsın”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram