Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İstiqlalçı deputatlara status veriləcək? - “İndiyə qədər bu haqsızlıq aradan qaldırılmayıb"

12-10-2021, 17:20

İstiqlalçı deputatlara status veriləcək? - “İndiyə qədər bu haqsızlıq aradan qaldırılmayıb"

DogruXeber.az: - Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında “Müstəqlillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı 1991-ci il oktyabrın 18-də "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"na səs verən deputatlara imtiyaz verilməli olduğunu deyib.

Onun sözlərinə görə, illərdir istiqlalçı deputatlarla bağlı məsələ qaldırılır, ancaq həll olunmur.

Razi Nurullayev hesab edir ki, həmin deputatlara xüsusi status verilməlidir.

Bununla bağlı Cebhe.info-ya istiqlalçı deputatlardan olan, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının lideri İsa Qəmbər danışıb. Sabiq deputat açıqlamasında özü də istiqlalçı deputatlardan olduğuna görə bu mövzuda geniş danışmaq istəmədiyini bildirib:

“Sadəcə bilirəm ki, bu haqsızlığa qarşı uzun illər etirazlar olub. Xüsusən, professor Hacıbaba Əzimov, Firudin Cəlilov, Məryəm Həsənova və digərləri bununla bağlı müraciətlər edib, məhkəmələrə baş vurublar. Amma təəssüf ki, indiyə qədər bu haqsızlıq aradan qaldırılmayıb. Parlamentdə bir neçə deputat, o cümlədən Vahid Əhmədovun həmin məsələni qaldırmasını haqlı hesab edirəm. Qalanını zaman göstərər”.

Eks-deputat xəbərlə bağlı özünün “sevincli” sözünü işlətmək istəmədiyini, sadəcə haqlı və haqsız yanaşma terminlərinə üstünlük verdiyini açıqlayıb. İsa Qəmbər sözügedən mövzu istiqamətində mövqe ortaya qoyan şəxslərin haqlı olduğunu düşünür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram