Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ermənistanda hərbi hissənin ərazisi satılıb

12-10-2021, 17:24

Ermənistanda hərbi hissənin ərazisi satılıb

DogruXeber.az: - Ermənistanın Lori vilayətində yerləşən hərbi hissənin ərazisi qanunsuz olaraq satılıb.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadi cinayətlər və korrupsiyaya qarşı mübarizə üzrə Polis İdarəsinin hesabatında bildirilib.

Hesabata əsasən, Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi vilayətin Stepanavan rayonunun Surb Nşan küçəsində yerləşən hərbi hissənin ərazisindəki 6 hektar sahəni xidməti maraqlara zidd olaraq satıb. Həmin ərazinin keçmiş hərbi hissəyə aid olduğu bildirilir. Bunun qarşılığında 2008-ci ilin martın birbaşa satış yolu ilə vətəndaşlardan 58 milyon dram (121 min dollar) alınıb. Aprel ayında torpaq mülkiyyəti barədə vətəndaşlara sənəd verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram