Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"KTMT-nin gələcəyi qeyri-müəyyəndir"

12-10-2021, 17:39

"KTMT-nin gələcəyi qeyri-müəyyəndir"

DogruXeber.az: - Özbəkistan öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər potensiala malik olduğuna görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü bərpa etmək niyyətində deyil. Bu barədə Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov bildirib.
Nazir qeyd edib ki, Mərkəzi Asiya ölkələri və dünya gücləri ilə strateji tərəfdaşlıq bölgədə təhlükəsizliyi qorumaq üçün tamamilə kifayətdir.

Maraqlıdır, Özbəkistanın bu addımı atması digər türkdilli dövlətlərin də KTMT-dən imtinasına yola aça bilərmi?

Bunun yaxşı xəbər olduğunu diqqətə çatdıran siyasi şərhçi, professor Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, KTMT faktiki olaraq yalnız Rusiyadan ibarətdir, heç bir MDB ölkəsinin orada silahlı qüvvələri yoxdur və iştirak səviyyələri çox fərqlidir:

“Sadəcə olaraq KTMT-nin regional təşkilat statusu alması üçün Rusiya bura öz müttəfiqlərini cəlb etməyə çalışır. MDB hansı taleyi yaşayırsa, KTMT - də həmin taleyi yaşayacaq. Bəlkə də, MDB yaranandan bu günə kimi onun icra sturukturlarının 2 minə yaxın qərarı var. Ancaq bunların heç bir icrası yoxdur, qərarların 90 faizi kağız üzərindədir. Çünki kollektiv maraqlar deyilən bir anlayış müasir geopolitikanın aktiv elementi kimi işləmir. Ona görə Rusiya bütün hallarda regionlarda ayrı-ayrı öz keçmiş müttəfiqlərinə təsir göstərməyə çalışır. Rusiyanın hələlik Orta Asiyaya təsir imkanları zəifdir. Hazırda Orta Asiyada geosiyasi maraqlar uğrunda Çinlə Rusiyanın böyük rəqabəti mövcuddur. İndi isə Taliban təhlükəsi yetişir. Hesab edirəm ki, bu, çox ciddi şəkildə bölgədə təhlükəsizlik məsələlərini yenidən nəzərdən keçirməyə əsas verir”.

Q.Məhərrəmlinin sözlərinə görə, çox güman ki, Özbəkistanın KTMT-yə üzvlükdən imtinası onun özünü bitərəf kimi təqdim etmək cəhdidir:

“Yəni hərbi cəhətdən heç bir bloka daxil olmamaq hər halda bölgədə digər dövlətlərlə normal münasibətlər qurmağa imkan verir. Ola bilsin, bu amil Özbəkistanın belə qərar verməsində həlledici roldur. Bütün bunlar o deməkdir ki, KTMT-nin regional hərbi güc olaraq perspektivi aydın görünmür. Bu gün Özbəkistan, sabah da Türkmənistan belə addım ata bilər. Fikrimcə, özünü tam şəkildə doğrultmamış bir qurum kimi KTMT-nin gələcəyi qeyri-müəyyəndir. Əslində mövcud durumun belə olması hadisələrin gedişatının məntiqinə tamamilə uyğundur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram