Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Salyanda oğurluq edən şəxs saxlanılıb

13-10-2021, 12:24

Salyanda oğurluq edən şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə sentyabr ayının 25-də Salyan rayon ərazisində fəaliyyəti dayandırılımış nasosxanadan iki ədəd elektrik mühərriki, bir ədəd nasos və digər avadanlıqları, eləcə də oktyabr ayının 11-də rayon sakini A.Abbasova məxsus bir ədəd elektrik generatoru oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, su nasosunu dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurluq yolu ilə əldə edilmiş avadanlıqların bir qismi isə maddi sübut kimi ondan götürülüb.

Faktlarla əlaqədar Salyan RPŞ-də araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram