Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Üç həftədir dərs başlayıb, hələ də bəzi dərsliklər paylanmayıb - GİLEY

13-10-2021, 13:00

Üç həftədir dərs başlayıb, hələ də bəzi dərsliklər paylanmayıb - GİLEY

DogruXeber.az: - Üç həftəyə yaxındır orta məktəblərdə dərslərə başlanılsa da, hələ də kitabların paylanılmadığı siniflər var. Söhbət orta məktəblərin bəzi ibtidai siniflərində pilot layihə kimi tədris olunan (“Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 İnternational” lisenziyası əsasında) Azərbaycan dili və riyaziyyat dərsliklərindən və onların iş dəftərlərindən gedir. Nəticədə valideynlər həmin dərsliklərin elektron variantının surətini çıxarmaq məcburiyyətində qalıblar.

Bu şikayətlə “Qafqazinfo”ya problemlə üzləşmiş valideynlər müraciət ediblər. Onlar bildirirlər ki, il ərzində iki dəfə - sentyabr və yanvar aylarında paylanan dərsliklərin çapında həmişə yubanma olur: “Əslində bu dərslik və iş dəftərləri pulsuz olaraq paylanır. Amma bizə ikiqat baha başa gəlir. Çünki məcburuq ki, həm dərslikləri, həm də iş dəftərlərini "kopiya" edək. Başa düşmürük ki, kitabların elektron variantı varsa, onu kağız formada çap etmək niyə belə yubanır? Həm də təkcə bu il deyil, artıq dördüncü ildir ki, ildə iki dəfə bu vəziyyətlə üzləşirik”.

Məsələ ilə bağlı Təhsil İnstitutundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq bir çox məhsul istehsalı və xidmət sahələrində durğunluq dövrü yaşanıb. Bu, digər xammal istehsalları kimi kağız istehsalına və çap xidmətlərinə də öz təsirini göstərib: “Təəssüflə qeyd etmək istərdik ki, xammal çatışmazlığı və sifarişlərin qeyri-müəyyən vaxt ərzində istehsalı dərsliklərin və iş dəftərlərinin çapındakı gecikmələrə səbəb olub. Pandemiyaya bağlı olaraq dünya bazarında istifadə ehtiyacı olmadığı üçün xammal (kağız) qıtlığı, 1 ildən çox fasilədən sonra həm təhsil sahəsinin, həm də digər sahələrin əyani fəaliyyəti ilə əlaqədar olaraq mətbəələrin yenidən aktiv işə başlaması, onların iş yükünün və həcminin həddindən artıq çox olması, çap materiallarının sifarişi zamanı qiymət razılaşdırma prosedurunun bazarda dəyişən qiymətlərə bağlı olaraq uzanması, təşkilati məsələlər, həmçinin dərslik çapı üçün tələb olunan kağız növünün tapılmasının çətinliyi sözügedən gecikmənin əsas səbəblərindəndir. İlk növbədə kütləvi istifadəyə verilən vəsaitlər çap olunaraq təmin edilib. Yalnız 3-cü siniflər üçün pilot tətbiq olunan vəsaitlərin çapı ilə bağlı problem də artıq öz həllini tapıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram