Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şirvan sakinlərindən silah və nakotik aşkarlandı

13-10-2021, 14:06

Şirvan sakinlərindən silah və nakotik aşkarlandı

DogruXeber.az: - Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Şirinov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Ağayev saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə iki büküm “patı” və “şüşə” adlanan psixotrop maddə metanfetamin, altı büküm heroin və bir ədəd elektron tərəzi aşkar edilib.

Faktlarla bağlı hər iki şəxs barəsində Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Şirvan sakinlərindən silah və nakotik aşkarlandı

Şirvan sakinlərindən silah və nakotik aşkarlandı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram