Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Saakaşvili sabahkı mitinq nəticəsində azadlığa çıxacağını ümid edir

13-10-2021, 14:57

Saakaşvili sabahkı mitinq nəticəsində azadlığa çıxacağını ümid edir

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili yaxın vaxtlarda həbsxanadan çıxmaq ümidini itirməyib.

"DogruXeber.az" Unikal.org-a istinadən xəbər verir ki, həbsdə olan siyasətçi əmindir ki, müxalifətin kütləvi mitinqi təşkil olunan zaman Gürcüstan xalqı onu müdafiə edəcək .

Qeyd edək ki, eks-prezident hazırda saxlanıldığı Rustavi həbsxanasında yazdığı məktubda xalqı sabah - 14 oktyabrda keçiriləcək mitinqə səsləyib. Bildirilib ki, sabah Gürcüstanda kütləvi etirazlar qaçılmazdır.

Onu da deyək ki, Saakaşvili səhhətinin hər gün daha da pisləşməsinə baxmayaraq, aclıq aksiyasını dayandırmayacaq:

"14 oktyabrda çox olmalıyıq, cəmiyyətimizdə özünə dəyər hissinin olduğunu hər kəsə göstərməliyik. Hər gün sağlamlığım pisləşsə də, aclıq aksiyamı dayandırmayacağam. Hazırda mübarizə aparmaq üçün istifadə edə biləcəyim yeganə vasitə budur. Yalnız fədakar fəal vətəndaş mövqeyi ilə ölkəmizi xilas edə bilərik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram