Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Təhsil Nazirliyində ELEKTRON İFLAS... - NARAZILIQ!

13-10-2021, 15:12

Təhsil Nazirliyində ELEKTRON İFLAS... - NARAZILIQ!

DogruXeber.az: - "Təhsil Nazirliyinin “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015 tarixli qanunun tələblərinə əməl etməməsini pandemiya ilə bağlı evdə qalmaqla bağlamaq olardı da, olmazdı da. İstənilən halda dövlət qurumunun elektron müraciətə anonim formada “ərizə ilə müraciət etməyi” bildirməsi Konstitusiyaya da, qanuna da ziddi(r). “Vətəndaşların müraciətləri haqqında” qanunun 7.6 maddəsinə görə isə, elektron müraciətə elektron qaydada cavab verilməlidir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Yəni müraciət edəndən məktubla ərizə tələb edilməsinin qanunsuzluğunu qanunun özü diqtə edir. Konstitusiyanın 57-ci maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquq və azadlıqlarından olan müraciət etmək hüququna Təhsil Nazirliyinin qadağa qoyması göz önündədir və qadağanın aradan qaldırılması, yox, təkmilləşdirilməsi üzərində iş gedərək, 17.06.2021-ci ildən sözügedən nazirliyin office@edu.gov.az elektron poçtu “vətəndaş müraciətlərinin təkmilləşdirilməsi və əlçatanlığının asanlaşdırılması məqsədi ilə” ... müraciətləri “avtomatiçeskiy otvet”lə qəbul etməkdən imtina edir. Bu imtinanı özünün “korporativ və işgüzar maraqları” ilə “avtomatiçeskiy” izah edən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, heç olmasa, Azərbaycan Respublikasında dövlət dilinin “rus dili “ olmadığını anlasın . Elektron poçt müraciətlər üçündür, vətəndaşa elekton xidməti “təkmilləşdirilmə və əlçatanlıq” adına əlçatmaz etmək yolverilməzdir. Elektron poçtun yalnız “korporativ və işgüzar məqsədlər üçün istifadə edilməsi” o anlama gəlir ki, vətəndaşlar işgüzar məqsədlə nazirliyə müraciət edə bilməzlər? Öncədən “avtomatiçeskiy otvet” ilə müraciətin işgüzar və ya korporativ olmamasını necə bilmək olar? Belə çıxır, nazirliyə ayrılan hökumətin elektron poçtu yalnız nazirlik aparatının işçilərinə xidmət edir! (?) Onda vətəndaşlar üçün poçt ayırmaq olmaz?

Təhsil Nazirliyinin “avtomatiçeskiy otvet”lə vətəndaş müraciətlərinə baxmaqdan imtinası dövlət qurumunda durumun “rusca” olduğunu fikirləşməyə əsas verir. Durumun “ruscalığı” isə rusca fikirləşməyə nədən ola bilməz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram