Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bank adından istifadə edən dələduzlar meydanda "at oynadır" - Diqqət, TƏHLÜKƏ!!!

14-10-2021, 09:42

Bank adından istifadə edən dələduzlar meydanda "at oynadır" - Diqqət, TƏHLÜKƏ!!!

DogruXeber.az:[center][/center] - Son günlər Kapital Bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edənlərdən dörd nəfər saxlanılıb. Bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb:

“Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Verdiyiniz dəqiq məlumata görə Sizə təşəkkür edirik”.

Qeyd edək ki, bir müddətdir bankın adından sosial şəbəkə üzərindən +994 51 555 10 95 nömrəsi ilə vətəndaşlara mesaj yazaraq kart məlumatlarını əldə edən şəxslər onların hesablarındakı pulu ələ keçirirdilər.

Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Şərq"ə açıqlamasında bildirib ki, bütün bu hadisələr onu göstərir ki, vətəndaşlarımızın bu sahədə maarifləndirmə işləri zəifdir. Ekspert vurğulayıb ki, insanlar birmənalı şəkildə anlamalıdırlar ki, banklar zəng edib və yaxud da mesaj yazaraq məlumat verə bilər, ancaq məlumat istəməz:

"Ölkəmizdə son günlər yaşanan olaylar onu deməyə əsas verir ki, insanların bu istiqamətdə maarifləndirmə səviyyəsi çox aşağıdır. Banklar, biz ekspertlər, elə media da bu sahədə vətəndaşlarımızı lazımi səviyyədə maarifləndirə bilmir. Çünki vətəndaşlarımız adi və sadə qaydaları bilmirlər.

İnsanlar birmənalı olaraq bilməlidirlər ki, bank heç vaxt telefonla, ya da digər vasitə ilə müraciət edib vətəndaşdan onun hesabına dair məlumatı istəməz.

Banka nə lazımdırsa, vətəndaşı ilk növbədə banka dəvət edər. Həmçinin, bank zəng eləyib məlumat verə bilər, ancaq məlumat istəməz. Hamı bunu birmənalı şəkildə bilməlidir.

Və gələcəkdə belə dələduzların toruna düşməmək üçün son dərəcə ehtiyatlı davranış nümayiş etdirməlidirlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram