Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"7 ildir evliyəm, indi də deyirlər ki, yalandan ailə qurub, çoxdan boşanıb..."

14-10-2021, 10:57

"7 ildir evliyəm, indi də deyirlər ki, yalandan ailə qurub, çoxdan boşanıb..."

DogruXeber.az: - "Xəstəliyim mənə mane olmasa mən xoşbəxt qadınam. Niyə də xoşbəxt olmayım?! Tanınıram, sevilirəm, bunun özü mənim üçün əsas xoşbəxtlikdir. Məni üzən sadəcə xəstəliyimdir. Bir ara ağır günlər yaşadım, ölümlə üz-üzə gəldim. Ölümdən qorxmuram, sadəcə qızıma yazığım gəlir. Mənim anam 75 yaşında dünyasını dəyişib, fikirləşirəm ki, mən də o yaşda dünyamı dəyişsəm, qızım Zəhranın 25 yaşı olacaq, yəqin ki, o hər şeyi anlayar. İnsan öz həyatını, ölümünü hesablayır. Qıza hər zaman ana lazımdır. Qızım atasını çox istəyir, çünki mən xəstələnəndə atası ilə çox vaxt keçirdi"

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib. O daha sonra həyat yoldaşından danışıb.

"Həyatda hər insanın qarşısına yaxşı adam, həyat yoldaşı çıxmır. Mən bu sarıdan yarımışam. Həyat yoldaşı sənin yarın deməkdir. Şükür Allaha ki, mənə belə bəxt yazıb. O vaxt bu izdivaca çox kölgə salmaq istəyənlər oldu. 7 ildir evliyəm, yenə də deyirlər ki, yalandan ailə həyatı qurub, çoxdan boşanıb. Onlar çox şey deyə bilərlər, dedilər də. Bu şayələr məni qətiyyən incitmirdi, önəmsəmirdim. Çünki mən tək deyildim, kimlər üçün demədilər, nələr yazmadılar ki?! Həm də yalan söz-söhbət insanı incitmir. Başımı aşağı salıb, həyatımı yaşayıram" deyə aktrisa bildirib.

Aktrisa maddi vəziyyətindən də danışıb.

"Hal-hazırda gəlirim yalnız televiziya və teatrdandır. Başqa yerdən gəlirim yoxdur. Bir neçə ildir ki, xınayaxdı məclislərinə də dəvət etmirlər məni, inşAllah dəvət etsələr gedərəm. Xəstələnəndən sonra xına məclislərimin sayı da azalıb. Hər kəs öz əziyyətinin bəhrəsini yeyir. Hətta xına məclislərinin qiymətlərini də aşağı salmışdıq. Çünki bizi arzulayanların məclislərində olmaq istəyirdik" deyə aktrisa bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram