Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Nə Paşinyan, nə də Rusiya Qarabağda gərginlik istəmir” – Bəs atəşkəs niyə pozulur?

14-10-2021, 14:37

“Nə Paşinyan, nə də Rusiya Qarabağda gərginlik istəmir” – Bəs atəşkəs niyə pozulur?

DogruXeber.az : -“Təəssüflər olsun ki, Ermənistan tərəfindən müəyyən koordinasiya elementlərini görmürük. Yəni silahlı qüvvələrin içində hərc-mərclik davam edir. Paşinyanın iqtidar komandası hələ də onların iplərini yığa bilmir” deyən politoloq İlqar Vəlizadə təsdiq kimi Ermənistanda müxtəlif vəzifəlilərin məsuliyyətə cəlb olunmasının davam etdiyini açıqladı.

Bizim.Media-nın açdığı mövzuya özəl cavabında politoloq bildirdi ki, Paşinyan Ermənistan ordusunda müəyyən təmizləmə işləri aparır.

Çünki Nikol yüksək rütbəliləri də özünə tabe etmək niyyətindədir. Səbəb isə Ermənistan silahlı qüvvələrinin Sarkisyanın ordusu, generalların isə Koçaryanın adamları olmasıdır.

Örnək kimi, uzun illər Serj Sarkisyanla birgə çalışmış Tonoyanı göstərmək yerinə düşər:

“Ona görə gərginliyi bununla da bağlamaq olar. Regionda gərginliyin yaranmasında Paşinyanın maraqlı olduğunu düşünmürəm. Çünki siz düz deyirsiniz ki, gərginlik Qarabağın dağlıq hissəsində hələ də qanunsuz erməni silahlılarının olmasından xəbər verir. İnanmıram ki, bunun açıq-aşkar nümayiş olunması Paşinyanın marağındadır. Bu məsələ onun danışıqlar mövqeyini zəiflədir. Çünki danışıqlar zamanı Azərbaycan tərəfi bu məsələni qaldıranda Paşinyan cavab verməyə acizdir.

Yeri gəlmişkən, sülhməramlıların arxasında belə qrupların (separatçıların) fəaliyyət göstərməsi mənzərəsinin yaranması Rusiyanın da marağında deyil. Onda sülhməramlılar nəyə lazımdır? Belə qanunsuzluqlar missiyanın effektivliyini aşağı salır”.

İlqar Vəlizadənin fikrincə, separatçıların atəşkəsi pozması Kremlə də sərf etmir. Səbəb, bunun Rusiya-Azərbaycan münasibətlərinə əlavə gərginlik gətirməsidir:

“Mürəkkəb vəziyyət ondan xəbər verir ki, bu qruplar (qanunsuz erməni silahlıları) Qarabağ klanının (Koçaryan-Sarkisyan) tör-töküntüləri ilə təmasdadırlar. Onların göstərişi ilə bu hərəkətləri (atəşkəsi pozurlar) edirlər. Əsas məqsədləri postkonflikt proseslərin ahəngini pozmaq, həm də Paşinyanın mövqeyini zəiflətməkdir. Bununla da onlar öz mövcudluğu və təsir imkanlarını nümayiş etdirmək istəyirlər”.

Xatırladaq ki, oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram