Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Saxlanılan iranlı sürücülərin qaranlıq işləri ilə bağlı dəqiq bilgilər veriləcək” - deputat

14-10-2021, 15:24

“Saxlanılan iranlı sürücülərin qaranlıq işləri ilə bağlı dəqiq bilgilər veriləcək” - deputat

DogruXeber.az : - “İranın yeni xarici işlər naziri Moskva səfəri zamanı Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, orada sərgilədiyi davranışla təmsil etdiyi dövlətin oturuşmuşluğuna və qədimliyinə heç cür uyuşmayan biri olduğunu ortaya qoymuşdu. Amma Əmir Abdullahianın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng etməmişdən qabaq və sonra özünün, eyni zamanda da başında durduğu qurumun yaydığı dezinformasiyadan sonra belə bir təəssürat yaranır ki, deyəsən İran qardaşlaşdığı Ermənistandan elə də çox fərqlənmir və onun kimi “failed state”cəsinə davranır”.

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Sahib Alıyev iranın Azərbaycana qaşı dezinformasiya”müharibəsinə” mövqeyini açıqlayarkən deyib.

Deputatın sözlərinə görə, İranın xarici işlər naziri oktyabrın 11-də Livanın Əl Manar kanalına verdiyi intervüdə onların tələbi qarşılığında Azərbaycan rəhbərliyinin bizim ölkədəki “terorçuların və sionistlərin” buradan çıxarılacağı öhdəliyi götürdüyünü deyib. “Demişdi və cavabını da almışdı. Azərbaycanın Xarici İşlər Nazirliyi onun söylədiklərini “qətiyyətlə rədd” etmişdi”- o qeyd edib.

Deputat əlavə edib ki, təkzibdən bir gün keçməmiş həmən cənab xarici işlər nazirimizə zəng edib dostlq və qonşuluqdan, eyni zamanda da qarşılıqlı səfərlərdən dəm vurmaqla görüntü yaratmağa çalışıb: “Guya artıq tələbləri yerinə yetiriləndən sonra belə bir addım atıb. Yoxsa o boyda İran geriyə çəkilmək təsiri bağışlayan hərəkət etməzdi.

İki xarici işlər nazirinin telefon danışığı başa çatar-çatmaz isə İran tərəfi daha bir dezinformasiya buraxdı ki, Azərbaycan onların iki sürücüsünü həbsdən açıb buraxıb.

Xatırladaq ki, burada söhbət Qarabağa qanunsuz yük daşıyan sürücülərdən gedir.

Niyə məhz o iki nəfərin tutulub saxlanması açığı mənim özüm üçün də xeyli düşündürücüdür. Belə fikirləşirəm ki, o sürücülər digər iranlılar kimi Azərbaycandan izinsiz Xankəndinə sadəcə qanunsuz yanacaq, yaxud da oradakıların ehtiyaclarının ödənməsinə yönəlmiş ərzaq və sair daşımayıblar. Başqa qaranlıq işlərdə də yer alıblar. Ola bilsin, bununla bağlı dəqiq bilgilər veriləcək.

İndi maraqlı orasıdır ki, İran bu dezinformasiyanı kimin üçün buraxır? Bütün dünya bilir ki, Azərbaycan təkcə Xarici İşlər Nazirliyi deyil, ən yüksək səviyyədə burada terrorçuların olması və sionistlərin at oynatması haqda İranın iddialarının tam əsassız olduğunu bildirib. Cəbrayıla səfəri zamanı bunun uydurma olduğunu deyən Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi intervüsündə bir daha oxşar fikirlər səsləndirdi.

Elə isə sözü gedən dezinformasiyalar, İranın hava məkanının Naxçıvana daşınan bütün yüklər üçün açıq olması, Azərbaycanın özünün bunu istəməməsi kimi digər yalanlar nə üçündür? Bununla Yaxın Şərqdəki proksi və tərəfdarlarına, eyni zamanda da bizim İrandakı soydaşlarımıza özlərinin olmayan böyüklüyünümü göstərirlər?

Bilirsiniz, 19, hətta 20-ci əsr olsaydı, bəlkə də, bu cür dezinformasiylar arzulanan effekti yaradardı. Amma indi istənlən bir informasiyanı dəqiqləşdirmək elə də çox vaxt tələb etmir və bu, demək olar ki, oxuyub-yazmağı bilən hamı üçün əlçatandır. Oxuyub-yazmağı bilməyənlərlə işləməklə isə elə də uzağa getmək olmur. Gedib Ermənistanda dirənib qalırsan!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram