Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

100 metrə qədər qaz turbasını gətirsələr də... - NARAZILIQ!

14-10-2021, 17:58

100 metrə qədər qaz turbasını gətirsələr də... - NARAZILIQ!

DogruXeber.az: - Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Yeni yaşayış massivində yaşayan sakinlər “Azəriqaz” ASC-yə şikayət ediblər. Sakinlər bildirir ki, massivdə qaz xətləri çəkilən zaman onların evlərin 100 metr məsafədə iş dayandırılıb. Bundan sonra massivdə yaşayan 6 ailənin mənzilinə qaz xətti çəkilməyib deyə onlar bu gün də çarəsizdirlər.

Vətəndaşlar bildirir ki, məsələylə bağlı dəfələrlə sahə nəzarətçisinə, bələdiyyəyə, icra nümayəndəliyinə şikayət etsələr də heç bir nəticə yoxdur. Ona görə də məcbur olub redaksiyamıza üz tutublar ki, “Azəriqaz” ASC rəhbərliyi onların problemini həll etsin.

Qəsəbə sakinləri deyir ki, evlərinin yaxınlığında yeni məktəb binası tikilib və məktəbin açılışına Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gəlməsi gözlənilir. Əgər belə olarsa, onlar problemlərini birinci xanıma deyəcəklər. Sakinlərin xahişi odur ki, yaxınlıqdan keçən qaz xətti vasitəsilə onların da mənzilləri qazla təmin olunsun.
Redaksiyamıza müraciət edən sakinlərin adlarını təqdim edirik:

Cəfərov Tərlan, Mirzəyev Xanhüseyn, Qiyasov Üzeyir, Quliyev Teymur, Novruzov Ramin, Abışov Məharət.

Mövzu diqqətimizdədir. //teref.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram