Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Sülhməramlılar yaramaz işlərlə məşğuldur" - Polkovnik

15-10-2021, 14:34

“Sülhməramlılar yaramaz işlərlə məşğuldur" - Polkovnik

DogruXeber.az: - Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

Qeyd edək ki, Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribat olduğu aydındır.

Həmçinin, sülh sazişi barədə danışıqların gündəmə gəldiyi bir zamanda bu terror aktının həyata keçirilməsi heç də təsadüfi deyil. Üçtərəfli razılaşma”ya uyğun olaraq Azərbaycan ərazilərindən qanunsuz erməni silahlı dəstələri çıxarılmalı olduğu halda, bu baş vermədi. Belə olan təqdirdə Azərbaycanın öz ərazilərini terrorçulardan təmizləmək üçün antiterror əməliyyatı keçirə bilər.

Ehtiyatda olan polkovnik, hərbi-ekspert Üzeyir Cəfərov da Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan antiterror əməliyyatına başlamalıdır:

“Belə bir vəziyyətin yaranmasına əsas səbəb məhz Rusiya sülhməramlılarının hoqqabazlığı və ermənilərlə əlbir olmasıdır. Əgər rus sülhməramlıları keçən il öhdəliklərini yerinə yetirsəydi, bu gün bu hadisə də baş verməzdi. Lakin onlar bu istiqamətdə heç bir addım atmadılar. Ümumiyyətlə, Rusiya bölgədəki mövcudluğunu uzatmaq üçün ermənilərlə bağlı heç bir həmlə etmir. Lakin Azərbaycan artıq bu imkanı onlara verməməlidir. Çünki belə sülh yaratmaq missiyası heç kimə lazım deyil. Rusiyanın bölgəyə gəlmək arzusuna biz “yox” demədik, amma onlar sadəcə yaramaz işlərlə məşğul oldu.

Biz bunun nəticəsində daha bir əvəzolunmaz itki ilə üzləşdik. Lakin əsgərimizin həyatını itirməsini nə Ermənistana, nə də Rusiyaya bağışlaya bilərik. Ona görə də Azərbaycanın antiterror əməliyyatına başlaması qaçınılmazdır. Düşünürəm ki, yaxın vaxtlarda bununla bağlı konkret bir qərar verilə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram