Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Saakaşvilinin arvadı Baku TV-yə danışdı: - “Onun atacağı addımlardan əvvəlcədən xəbərdar idik”

15-10-2021, 14:51

Saakaşvilinin arvadı Baku TV-yə danışdı: - “Onun atacağı addımlardan əvvəlcədən xəbərdar idik”

DogruXeber.az: - Mixail Saakaşvilinin azadlığı üçün keçirilən mitinqdə iştirak edən ukraynalı həyat yoldaşı Yelizaveta Yasko Baku TV-yə müsahibə verərək Mixail Saakaşvilinin atacağı addımlardan əvvəlcədən xəbərdar olduğunu deyib.

Mixail Saakaşvilinin səhhətinin yaxşı olmadığını deyən Yelizaveta Yasko Gürcüstanın sabiq prezidenti üçün sadəcə sayılı günlərin qaldığını vurğulayıb.

Yasko həmçinin uzun illərdir ki, Gürcüstanda bu qədər genişmiqyaslı aksiyanın keçirilmədiyini bildirib. O, Ukrayna dövlətinin də Saakaşvilinin azadlığa buraxılması üçün çalışdığını deyib.

Məlumat üçün onu da bildirək ki, mitinqlə bağlı şəhərin Respublika Meydanından Azadlıq Meydanına qədər olan mərkəzi avtomobil yolu, eləcə də Azadlıq Meydanına çıxan bütün küçələrdə və Rustaveli prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Meydan ətrafına əlavə polis qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram