"Əli Həsənov telefonları söndürüb aradan çıxdı" - Partiya sədrindən ilginc açıqlamalar

DogruXeber.az: - “Cümhuriyət” qəzetinin müsahibi Azadlıq Partiyasının sədri Əhməd Orucdur.

Əhməd Orucla ölkədə gedən siyasi proseslər, iqtidar-müxalifət dialoqu, müxalifət partiyaları arasındakı mübarizə və digər məsələlərlə bağlı söhbətləşib. Cebhe.info müsahibəni təqdim edir.

-Əhməd bəy, ilk olaraq müxalifət partiyalarının iqtidarla birgə Şuşa səfəri ilə bağlı danışmaq istəyirdim. Bu, həm də iqtidarla müxalifət arasındakı dialoq formatının Şuşada keçirilən görüşü idi. Ümumiyyətlə, bu prosesi necə dəyərləndirirsiniz?

-Əslində, dialoq ilk olaraq 2014-cü ilin oktyabrında başladı. Sonradan bu proses 2015-ci prezident seçkilərinə görə dayandırıldı. Növbəti mərhələ isə 2019-cu ildə başladı. Bu, sivil dövlətçiliyə doğru bir addımdır. Dünyanın hər yerində daim müxalifət hakimiyyətlə dialoq vəziyyətində olur. Dövlət tədbirlərində, anım günlərində, millətin bir yerdə olması vacib olduğu məqamlarda bir araya gəlirlər. Hesab edirəm ki, hakimiyyətlə müxalifət arasında masa arxasında müzakirələrin aparılması normal, sivil dövlətçiliyə xasdır. Bu baxımdan hər zaman dialoqun tərəfdarı olmuşam, indi də dəstəkləyirəm. Amma bu, klassik anlamda olmalıdır. Bu gün bir sıra məsələlər var ki, biz açıqlama istəyirik. Məsələn, Tərtər məsələləri, "uşaq pulu"nun verilməməsi, təqaüdlərin kəsilməsi ilə bağlı məsələlər hələ də açıq qalıb. Hakimiyyət öz fəaliyyəti ilə bağlı xalqa açıq olmalıdır. Digər tərəfdən, 2014-2015-ci illərdə başladılan dialoq prosesi birdən-birə dayandırıldı, Əli Həsənov telefonları söndürüb aradan çıxdı. Oxşar prosesin indi də baş verməsini arzulamırıq.

Azərbaycanda insan haqları, sosial təminat məsələləri var ki, bunların da hər biri çox vacibdir. Niyə bütün fəaliyyəti yaltaqlıqdan ibarət olan bir deputat təqaüdə çıxanda ona 3-5 min manat müavinət verilir, şəhid ailəsinə 500 manat? Qaziyə 250 manat verirlər, hansı ki, o, sağlamlığını Vətən yolunda verib. Bunun düzəlməsi üçün də hakimiyyət mütləq addımlar atmalıdır. Biz dialoqdan fərqli nəticələr gözləyirik. Açığı iqtidar-müxalifət dialoqunun müharibədə çox böyük önəmi oldu. Azərbaycan xalqının bir yumruq kimi birləşməsində müxalifətin hakimiyyəti dəstəklənməsinin böyük rolu var. Ermənistan və digər Azərbaycana düşmən mövqe olan ölkələr hamısı istəyirdi ki, ölkədə xaos yaransın, fikir ayrılığı olsun. Kimlərsə çıxıb müharibəyə etiraz etsin. Bu, Ermənistana bir nəfəslik olar, həm də Azərbaycanın gücünü azaldardı. Bu baxımdan, iqtidar-müxalifət dialoqunun Qarabağ məsələsində ciddi əhəmiyyəti oldu. Amma klassik anlamda ölkədəki problemlərin həlli üçün yanaşma yetərli deyil.

-Siz Şuşaya dəvət almamışdınız?

-Dəvət almışdım. Həmin gün mənim çox əziz bir adamım rəhmətə getdi və ona görə Şuşaya gedə bilmədim. Amma mən bilmirdim ki, ora politoloqlar, QHT-lər, deputatlar da gedir. Bilsəydim, heç olmasa məcburi köçkün rayonlarından olan müavinlərimi, partiyamızın əsas funksionerlərini göndərərdim.

-Əhməd bəy, müxalifət daxilindəki ikili standartlar hər zaman diqqəti çəkən məsələ olub. Hətta belə bir deyim də var idi ki, müxalifətçilər bir-biri ilə müxalifətçilik edir. Bunun səbəbi nədir?

-Açığı bu, hakimiyyətin gücündən asılıdır. Hakimiyyət bu gün özünə müxalif olaraq, AXCP-Müsavatı görmək istəyir. Müxalifətin yenilənməyini, dəyişməyini nə şəxsi, nə də ideoloji baxımdan istəyirlər. Çünki bu, onlara da sərf etmir. İqtidar AXCP və Müsavat Partiyasının “ana müxalifət”liyi sayəsində hakimiyyətini kifayət qədər möhkəmlədə bilib. Azərbaycan cəmiyyətinin müqaviməti sıfıra endirilib. Bütün bunlar AXCP ilə Müsavat Partiyasının fəaliyyətinin nəticəsidir. Bu iki partiyanı digər partiyalarla bir yerdə olmamağa bu hakimiyyət məhkum edir. Hər iki partiyanın parlamentdə təmsil olunmaları ilə bağlı hakimiyyətlə illərlə razılaşmaları olub. Hər iki partiya vaxtında parlamentdə təmsil olunub.

Hər iki partiyanın rəhbərliyində təmsil olunan şəxslərin özləri, ailələri çox normal şəkildə yaşayırlar. Cəmiyyətin aktiv siyasi elektoratını da bu insanların ətrafında toparlayıb saxlayırlar. Onların da bəziləri vaxtaşırı həbs olunur, təzyiqlərə məruz qalır. Bunun da səbəbi səhnənin daha inandırıcı olması ilə bağlıdır. Əslində isə, Azərbaycanın siyasi səhnəsində "çoxpərdəli komediya" oynanılır. Ona görə də hesab edirəm ki, müxalifət daxilindəki münaqişələr reallıqdan irəli gəlir. Məsələn, Azadlıq Partiyası hesab edir ki, istənilən məsələ ilə bağlı açıq formada media qarşısında müzakirələr aparılmalı və cəmiyyət də buna köklənməlidir. İstənilən qüvvə ilə də istənilən məsələnin etika çərçivəsində müzakirəsinə hazırıq. Amma AXCP və Müsavat faktiki olaraq son 10 ildir ki, müxalifətlə qətiyyən bir araya gəlmir, yeganə müxalifət olduğunu deyir.

-AXCP və Müsavat Partiyası da öz aralarında münaqişə yaşayır, axı...

-Nəinki öz aralarında problem var, heç daxili iclaslarını keçirə bilmirlər. Bunun yeganə səbəbi qrant pullarıdır. Müsavatçılıq ideologiyası tarixdən gələn bir məsələdir. 1992-ci ildə Milli Azadlıq Hərəkatından çıxanlar yenidən Müsavat Partiyasını yaratdı, o dövrdə demək olar ki, bütün icra başçıları, nazirlər bu partiyaya üzv idi. AXCP də eynilə 100 minlik meydan hərakatının bazasında yaranan partiyadır. 30 ildir deyirlər ki, bizim kimi əqidəli, mübariz insan yoxdur, amma görün bu illərdə Azərbaycan nə vəziyyətə düşüb. Əslində, bunlar Azərbaycan cəmiyyətinin müqavimət gücünü məhdudlaşdırıblar. Artıq müxalifət bir piket belə keçirmir. İqtidar da, AXCP də, Müsavat Partiyası da Azərbaycanda yeni qüvvənin yaranmasında maraqlı deyil. Sonradan bu partiyalar Rusiyanın Milli Şura layihəsinə qoşuldular. Necə ola bilər ki, Milli Azadlıq Hərəkatında imperiyaya "yox" deyən insanlar eyni ambisiyaları davam etdirən Rusiyanın yaratdığı “Milyarderlər ittifaqı”nın namizədi olan Rüstəm İbrahimbəyovun ətrafında birləşdilər? Deməli, bunların Milli Azadlıq Hərəkatında iştirakı da yalan olub.

Sonradan Sülhəddin Əkbər də açıqladı ki, bunlar hamısını Rusiyanın agentura şəbəkəsinin üzvləri olub. Bu məsələlər göstərir ki, Azərbaycanda yenidən siyasi konfiqurasiyanın qurulmasına ehtiyac var. Onlar müzakirə mühiti də yaratmırlar. Onlarla bağlı nəsə deyən kimi, bütün imkanlarını yönləndirməklə həmin şəxsə qarşı söyüş, təhqir səsləndirirlər, müzakirələr gündəmdə çıxır. Ona görə ki, onlar müzakirələrə hazır deyillər. Son 10 illər ərzində nə Əli Kərimli, nə Arif Hacılı debata çıxıb. Özünə “ana müxalifət” deyirsən, amma xalqın xeyrinə heç bir müzakirədə, prosesdə yoxsan. Demək ki, sən birmənalı olaraq Azərbaycan xalqı əleyhinə fəaliyyət göstərirsən. Azərbaycanda hakimiyyət də yeniləndi, amma bu müxalifət heç dəyişmir. Onlar fiziki görkəmlərini dəyişməyinə baxmayaraq, xidmət etdikləri anlamlardan geri çəkilmirlər. Azərbaycan xalqı belə müxalifətə layiq deyil.

-Əhməd bəy, sizi də zaman-zaman hədəfə alırlar. Məsələn, ADP ilə problemləriniz var idi, onların hədəfində idiniz.

-Mən konkret olaraq doğru olmayan məsələlərə etirazımı bildirirəm. Onlar da bundan yayınmaq üçün mütləq etik normaları pozaraq müəyyən ab-hava yaradırlar. Abrı, həyası olan adam da çəkilib kənarda durur. ADP ilə məsələdə mənim problemim yox idi. Onlar deyirdi ki, Əhməd Orucun ətrafında adam yoxdur. Heç vaxt mənim dediklərimin səhv olduğunu deməyiblər, çıxışlarımı müzakirəyə çıxarmayıblar. Çünki bilirlər ki, Əhməd Orucun qarşısında durmaq onların intellektinin "yemi" deyil. Ona görə də hay-küy qaldırırlar. Vaxtı ilə mənim inəklərim olub, təsərrüfat sahibi olmuşam, onu gündəmə gətirirlər.

Dəfələrlə onlara demişəm ki, mənim inəklərim onlardan min dəfə yararlıdır. Vaxtlı-vaxtında süd verir, qatığı olur, balası olur, heç vaxt alçaqlıq, satqınlıq etmirlər. Mənim yanımda çox dəyərli adamlar var. Sadəcə olaraq, mən onları yanıma gətirmək istəmirəm. Həmin şəxslərin ailəsi var, onları yanıma gətirsəm, məcburam onlara pul verəm. Özümlə bağlı belə problemim yoxdur. Hər zaman özümü təsərrüfatla, intellektlə, ovçuluqla dolandıra bilmişəm. Açığı deyim, hər şəraitdə pul qazana bilirəm. Amma o adamları yanıma gətirdim, hansısa aksiyada həbs olundu, onların ailələrinə baxmalıyam axı. Bu məsələlər hər zaman mənim qarşımda dayanıb. İkincisi, deyək ki, heç mənim adamım yoxdur, amma haqlı tərəfəm axı. Bir gün xalq bunu başa düşəcək ki, 30 ildir yalan danışan, Rusiyanın, Amerikanın, İranın agenti olanlarla heç yerə gedib çıxmaq mümkün deyil.

-Partiyanız necə maliyyələşir, sirr deyilsə...

-Açığı biz elə də böyük maliyyə işlətmirik. Zamanında tədbirlərimiz olub, onlar da partiyanın rəhbərliyinə daxil olanların şəxsi hesabına baş tutub. Partiya rəhbərliyinə daxil olanlardan və mənim ailə üzvlərimdən başqa bizə heç kim maliyyə köməkliyi etməyib. Bizə maliyyə təklif edənlər olub, bu gün də var. Amma biz onu qəbul etmirik, çünki pul almağın arxasında onu verən şəxsin istəyinə, marağına uyğun danışmaq var, bir növ qulluqçusuna çevrilirsən. Ona görə sərbəst danışa bilirəm ki, heç kimin qarşısında gözükölgəli deyiləm. Bəzən görürük, hansısa müxalifətçi radikal çıxışlar edir. Bir müddət sonra görürlər, həmin şəxs populyarlaşır, tez sahibinə deyirlər ki, "onun ipini çək". Sonra da görürsən ki, birdən- birə adam yoxa çıxdı. Bizi geniş çevrə tanımaya bilər, çünki bizi efirlərə, parlamentə, prezident seçkilərinə buraxmırlar. Amma siyasi cameədə bizim kim olduğumuzu çox gözəl bilirlər. 1988-ci ildən siyasi proseslərin içindəyəm, bilirəm ki, kim haradan pul alır, nə vaxt satılıb, nə vaxt alınıb.


Oxunub: 278

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

ABŞ "istənilən Çin şirkətinə" qarşı sanksiya elan etdi

Qubad İbadoğluya yekun ittiham elan edildi

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi

Qarabağın yenidən inşasına HARAM QATANLAR... - AXI NİYƏ?

Ali Məhkəmədən mənzilə "kupça" alınmasına dair mühüm qərar

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanacaq

Pensiyaların yubanması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sabah Bakıda 27 dərəcə isti olacaq

"Prius"larda şok ucuzlaşma - Bir ay fərqlə qiymətlər

Keçid balları qaldırılır? - VİDEO

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanda qadınlar 6 ay hərbi xidmət keçəcəklər

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

İsrail İrana hücum etməyi planlaşdırır

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Avropa İttifaqı İrana sanksiyalar tətbiq edəcək

Yasamalın icra başçısı əmək yarmarkasında iştirak etdi - FOTO

Bütün xəbərlər