Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

2022-ci ilin yazına qədər Türkiyə Suriya ilə sərhəd bölgəsini tam nəzarətə götürə biləcək

15-10-2021, 16:26

2022-ci ilin yazına qədər Türkiyə Suriya ilə sərhəd bölgəsini tam nəzarətə götürə biləcək

DogruXeber.az:- Türkiyənin Milli müdafiə naziri Hulusi Akar son vaxtlar Suriyanın şimalında PKK/YPG terror təşkilatı tərəfindən Türkiyəyə edilən hücumlara münasibət bildirib. Nazir qeyd edib ki, Türkiyə Suriya ilə bağlı razılaşma üzrə öhdəliklərini ciddi şəkildə icra edir: “Akar dünyada və regionda müdafiə və təhlükəsizlik məsələləri başda olmaqla ciddi dəyişikliklərin baş verdiyini bildirib.

İraq və Suriyanın şimalında, Şərqi Aralıq dənizi və Kiprdə baş verən prosesləri yaxından izlədiklərini vurğulayıb. Suriyanın şimalında ABŞ və Rusiya ilə əldə edilən razılaşmalara toxunan Akar qeyd edib ki, Türkiyə öz üzərinə düşən öhdəlikləri ciddi şəkildə yerinə yetirir. Məlum olduğu kimi Suriyanın Azez bölgəsində PKK/PYD terrorçuları Türkiyə polisinə hücum edib. Hadisə “Fərat qalxanı” əməliyyat zonasında baş verib. Post-patrul xidməti aparan polis əməkdaşlarına hücum zamanı 2 asayiş keşikçisi həlak olub, daha 2 nəfər yaralanıb. Bəzi ekspertlərin fikrincə, son günlərdə Yaxın Şərqdə PKK və YPG güclərinin fəallaşması, xüsusən Türkiyənin hədəf alınması heç də təsadüfi deyil. Onların sözlərinə görə, Türkiyənin regionda və dünyada fəallığı bəzi güclərin narahatlığına səbəb olub.

Türkiyənin Suriyada yenidən anti-terror əməliyyatına başlaması ilə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Suriyanın şimalında gərgin vəziyyət bölgədə davamlı sülhün yaranmasına ciddi maneədir. Partiya rəsmisinin sözlərinə görə, bu, ilk növbədə Türkiyə üçün ciddi təhdid olan PKK/YPG terror birləşmələrinin qardaş ölkənin sərhədlərindən uzaqlaşdırılması üçün zəruridir:

“ABŞ, Rusiya və Türkiyə üçlüyünün gəldiyi razılığa əsasən, Suriyanın şimalında təhlükəsizlik zonası yaradılıb və bu ərazidə birgə patrul xidməti aparılır. Eyni zamanda Türkiyə PUA-ları bölgəyə nəzarət edir. Razılaşmaya əsasən, PKK və YPG qüvvələrinin Türkiyə sərhədlərindən 30-40 km. uzaqlaşdırılması nəzərdə tutulsa da, proses başa çatdırılmayıb. Türkiyə Xarici İşlər Nazirliyi mövcud vəziyyətlə barışmayacağını bildirərək terrorçuların zərərsizləşdirilməsi üçün addımların atılacağını bildirib. Bəşər Əsəd isə öz növbəsində bəyanat verərək Türkiyə ordusunun Suriyadan çıxmasını istəyib. Həm də Türkiyə sərhədlərinin toxunulmazlığı öhdəliyini götürüb. Moskvaya arxalanan Əsəd bu bəyanatla indiyə qədər əldə olunan razılaşmalara qarşı gedir. Bu mövqe Rusiya tərəfindən dəstəklənsə də, YPG-ni dəstəkləyən ABŞ üçün qəbul olunan variant deyil”.

V.Əfəndiyev vurğulayıb ki, Azez bölgəsində türk konvoyuna silahlı basqın çox ciddi siqnaldır:

“Bu terror hadisəsi Türkiyəyə şans verəcək ki, 2016-cı ildə “Fərat qalxanı” və 2018-ci ildə “Zeytun budağı” əməliyyatlarını təkrar edərək, daha 2 min kv.km ərazidən terrorçuları təmizləsin. Hər iki əməliyyatlar zamanı Türkiyə 4 min kv.m əraziyə nəzarəti təmin etmişdi. Terrorçuların arxasında hansı güclərin dayanmasından asılı olmayaraq, Türkiyənin bölgədə daha çox ərazilərə nəzarət etməsinə nə ABŞ, nə də Rusiya mane ola biləcək. Amerika NATO müttəfiqinə qarşı siyasi məzəmmət etsə də, ona qarşı hərbi müdaxilə etməyəcək. Türkiyə Prezidenti cənab Ərdoğan Rusiya ilə xarici siyasətdə kifayət qədər güclü mövqe nümayiş etdirir. Moskva Suriyada Türkiyəyə qarşı hərbi müqavimət göstərmək gücündə deyil. Hesab edirəm ki, 2022-ci ilin yazına qədər Türkiyə Suriya ilə sərhəd bölgəsini tam nəzarətə götürə biləcək. Bundan sonra Suriyanın gələcək taleyi masada müzakirə edilə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram